Azərbaycanlı oliqarxın Ərdoğan ailəsi ilə dolaşıq biznes sövdələşməsi

12.12.2014 - 17:02

 

“Palmali” şirkətlər qrupunun sahibi, məşhur azərbaycanlı
oliqarx Mübariz Mənsimovla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın
ailə üzvləri arasında dolaşıq biznes sövdələşməsində dəyişklik olub.

Virtualaz.org saytı xəbər verir ki, Türkiyə
mediasının bu biznes sövdələşməsini araşdırmağa başlamasından sonra
tərəflər müqaviləyə dəyişiklik ediblər.

“Deniz Haber” portalının yazdığına görə, “Palmali” şirkətinin
qarantiyası ilə “Albaraka Türk Bankası”ından ayrılmış 180 milyon dollar
kredit hesabına inşa edilən “Armada” tipli 10 neftdaşıma tankerindən
5-nin inşasına dair sifariş ləğv edilib.

Bundan əvvəlki sövdələşməyə görə, “Yardımçı Group” tərsanələrində
inşa ediləcək tankerlər əvəlcədən Ərdoğanın oğlu Bilal Ərdoğanın,
qardaşı Mustafa Ərdoğanın və yeznəsi Ziya İlgenin sahibi olduğu “BMZ
Group” şirkətinə satılmışdı. Həmin şirkət isə gəmiləri “Palmali”
şirkətinin özünə 10 illiyə kirayə verirdi. Bu gəmilərdən ikisi – 10 min
ton neft daşıya bilən “Məcid Aslanov” və “Bəyim Aslanova” artıq suya
buraxılıb. Qalanların inşası davam edir.

Gəmilər Maltada offşor zonada qeydiyyatdan keçib. “BMZ Group” və “Palmali” arasında sövdələşmədə də Maltada qeydiyyata alınıb.

İndi “Deniz Haber” sektordakı qaynaqlardan məlumat əldə edib ki,
gəmilərin 5-i “BMZ Group”a təhvil veriləcək, qalan 5-nin isə inşası
həyata keçirilməyəcək. Həmçinin inşa edilən gəmilərin kirayələnməsi üçün
müqavilə də “Albaraka Türk Bankası”ına təhvil verilib. Yəni gəmiləri
birbaşa “Palmali” yox, bank kirayələmiş olacaq. Qalan 3 tankerin gələn
il ərzində təhvil veriləcəyi bildirilir. Sövdələşmənin şərtlərinin
dəyişməsinin səbəbləri açıqlanmır.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=14507

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728