Azərbaycanda dünyanın ən zəhərli balığı satılır!

13.12.2014 - 00:34
Bu balıq növü Rusiya vasitəsi ilə ölkəmizə idxal olunur və çox təhlükəlidir

 
 
Avropa
və Amerikada Panqasius balığının qida məhsulu kimi istifadə olunması
qadağandır. Buna səbəb isə bu balıqların tərkibində sənaye tullantıları,
mərgümüş, toksik maddələr, polixrolin bifenil, metavbolit,
heksaxloritloheksangen və heklaxlorbenzol kimi zəhərli maddələrin
olmasıdır. Panqasiusu dünyanın ən zəhərli balığı hesab etmək olar.
Avropa və Amerikada satışı və yeyilməsi qadağan edilən bu balığa
 paytaxtımızın istənilən mağazasında rast gəlmək mümkündür. 
Qeyd
edək ki, bu balıqların vətəni Vyetnamın Mekonq çayındır. Bu çay Yer
kürəsinin ən çox çirklənən çaylarından sayılan Mekonq kanalizasiya
sularının, mineral gübrələrin, dəri, yaxud kimya zavodlarının
tullantılarının geniş axıdıldığı çaylardan hesab olunur. Panqasius bir
çox ölkələrdə qadağan olunduğu üçün bəzi biznesmenlər gizli yollarla bu
balığı ayrı-ayrı balıq məhsullarının tərkibinə daxil edirlər. Onun
böyüməsi və çoxalması üçün Vyetnamdan bəzi hormonlar gətirilir və bu
balıqlara müxtəlif üsullarla yerləşdirilir. Avropada məhsulların
tərkibini araşdıran qurumlar dəfələrlə  balıqlara yerləşdirilən
hormonların tərkibi haqda məlumat istəsələr də Vyetnam bu məlumatları
verməkdən imtina edib. Bu isə şübhələri daha da artırır. Bütün bu
şübhələr isə Azərbaycan əhalisi arasında narahatlıq yaradıb. Biz də
paytaxtda fəaliyyət göstərən bir neçə marketə baş çəkib Panqasisus
balığının satışda olub olmaması ilə maraqlandıq. “Neftçilər” metro
stansiyası yaxınlığındakı marketdə bu balıqlar okean balığı adı ilə həm
açıq, həm də sellofan torbada dondurulmuş halda satılırdı. Qiyməti isə 4
manat 50 qəpiyə idi. Satıcının diqqətinə balıq haqda deyilənləri
çatdırdıqda o, balığın kifayət qədər alıcısı olduğunu, bu günə qədər də
bir şikayət almadıqlarını dedi. Balıq haqdakı məlumatları da ilk dəfə
eşitdiyini deyən satıcı balığın digərlərindən həddən artıq yağlı olması
ilə fərqləndiyini bildirdi. Qeyd edək ki, “okean balığı” adı altında
təklif olunan Panqasius yalnız paytaxtda deyil, həm də Azərbaycanın
rayonlarında da satılır. Balığın vətəni olan Vyetnamda isə Panqasius
balığının bir dənəsini bizim pulla təxminən 50 qəpiyə satılır. Dünyanın
ən zəhərli balığının Azərbaycana necə, hansı yollarla gətirildiyini
öyrənmək üçün Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri
Yolçu Xanvəli ilə telefon əlaqəsi saxladıq. Y.Xanvəli bu balıqlarda
insan üçün hansısa bir zərərli maddənin olmadığını dedi: “Vyetnamdan
bizə balıq gətirilir və satışda var. Bir müddət əvvəl həmin balıqla
əlaqədar yenə də belə bir söhbət yaranmışdı. Bizə o balıqların
gətirilməsi haqda müraciət olunmuşdu. Biz həmin balıqlardan nümunələr
götürərək həm Respublika Baytarlıq Laboratoriyasında, həm də Türkiyənin
Baytarlıq Laboratoriyasında müxtəlif istiqamətlərdə yoxlanılıb. Nəticə
olaraq da insan üçün heç bir təhlükə olmadığı müəyyən edilib. Biz bundan
sonra həmin balığın gətirilməsinə icazə vermişik.  Bu balıqdan hər
hansısa bir zəhərlənmə faktı olsaydı, hər halda Səhiyyə orqanları bizə
müraciət edərdi. Bizdə bu haqda heç bir müraciət yoxdur. Əgər bu balığı
yeyib səhhətində problem yaranan insanlar varsa, bizə müraciət etsinlər.
Biz də bir daha bu məsələni qaldıraq və  Panqasius balığının beynəlxalq
səviyyədə müayinəsinin aparılmasını təşkil edək, lazımı addımları ataq.
Biz bu məhsulların sağlamlığına cavabdeh olduğumuza görə yenə də qeyd
edim ki, öz laboratoriyamızda yoxlamaqla yanaşı, Türkiyədə də yoxlatdıq,
bu məhsulun insan sağlamlığı üçü heç bir təhlükəsi yoxdur”.
Azad
İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bu balığın Rusiya
vasitəsi ilə ölkəmizə idxal olunduğunu bildirdi: “Bu balıq növü Rusiya
vasitəsi ilə ölkəmizə idxal olunur. Azad İstehlakçılar Birliyi yaxın
vaxtlarda bununla bağlı müəyyən işlər aparacaq. Təəssüf ki, Azərbaycanda
bütün mallara yaxşı deyilir və qəbul edilir. Lakin həmin məhsulun
gətirildiyi yer, mənbə araşdırılmır. Ona görə də bugünkü gündə bu cür
problemlər meydana çıxır. Yəqin ki, bu sahədə Azərbaycan ekspertiza
orqanları iş aparacaq və bu balığın satışının qarşısı alacaq. Çünki
mənbələr göstərir ki, bu çox təhlükəli balıqdır. Azərbaycanda normal
ekspertiza olmadığında və hər şeyə sertifikat verildiyi üçün bu gün
bazarda belə balıqlar mövcuddur. Biz istehlakçılar arasında iş
aparmalıyıq ki, bu balıq boykot edilsin, alınmasın ki, bazardan çıxsın”.
Balıq
zəhərlənməsinin insan orqanizminə dərhal və ya tədricən təsir edib
etmədiyini öyrənmək üçün isə tibb elmləri doktoru, professor Adil
Qeybullaya müraciət etdik. A.Qeybulla bunun qidanın tərkibində olan
toksidlərin gücündən asılı olduğunu dedi: “Balıqların içərisində
zəhərliləri də ola bilər. Bəzi heyvanlarda olan toksid maddələr qoruma
vasitəsi kimi meydana çıxıb. Bu uzun müddət ərzində formalaşan bir
prosesdir. Müəyyən toksid maddələr orqanizmə düşdükdən sonra onu
tədricən də sıradan çıxara bilər, dərhal ölümə də səbəb ola bilər.
Məsələn ilan zəhəri qana düşdükdə zəhərin növündən asılı olaraq
 hedyahemalitik ya da neyroparalitik təsir göstərir və insan qısa bir
müddətdə öldürür. Amma bu zəhər ağız boşluğuna düşdükdə qana keçmədiyi
üçün ola bilsin ki, heç bir təsir etməsin. Elə zəhərlər var ki, ağız
boşluğuna düşərək dərhal ölümə gətirib çıxarır. Yəni bu toksid maddələri
növündən asılı olaraq orqanizmə göstərdiyi təsir də müxtəlif olur.
Təbii ki, bu toksid maddəni daşıyan heyvanda toksid maddənin orqanizmdə
törətdiyi dəyişiklik kimi hərəkət edir”.(musavat.com)
Günel MANAFLI  
Fotolar müəllifindir
 



Short URL: http://www.cumhuriyyet.net/?p=14508

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728