Erməni ailəsi Bakıdan çıxan kimi…

13.12.2014 - 00:59

2010-cu ildə könüllü şəkildə Azərbaycana keçmiş və bu gün
Ermənistana təhvil verilmiş Gevorkyanlar ailəsi (valideynlər və üç uşaq)
İrəvanda tibbi müayinədən keçib. Erməni qaynağlarından  verilən xəbərə görə, 4 ildən çox Azərbaycanda normal şəraitdə
yaşamalarına rəğmən, onlar da bu yaxınlarda Ermənistana təhvil verilmiş
hərbi əsir Akop İnciqulyan kimi qayıdan kimi ölkəmiz əleyhinə hədyanlar
söyləyiblər.
Gevorkyanların qızları bildiriblər
ki, özlərini yaxşı hiss edirlər. “Güclə qayıtdıq. Biz milli satqınlar
deyilik, mən hərbi sirləri bilməmişəm, xəbər verə bilməzdim. Heç buna
hüququm da yox idi” – bacılardan biri belə deyib.
“Bizi
hərbi əsirlər üçün düşərgədə saxlayırdılar. Mənim uşaqlarım bütün bu
müddətdə daim siçovulların çeynədikləri toyuq əti yeyiblər. Onlar bizi
məcbur edirdilər ki, familiyamızı dəyişək və türk olaq. İmtina elədiyi
üçün ərimi döyürdülər” – bunu isə 4 il çörəyimizi yeyib-suyumuzu içən
ailənin anası deyib.
Ata Gevorkyan da (O,
Ermənistanda qətlə görə axtarışda idi –red.) özünəməxsus uydurmalar
söyləyib. Deyib ki, guya Azərbaycan tərəfinin asdığı mülki şəxs Manvel
Saribekyanın olduğu yerdə yaşayıblar: “Manveli asanda mən orada idim.
Heç kim bunu dana bilməz”.

Short URL: http://www.cumhuriyyet.net/?p=14511

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728