Qatil 24 ildən sonra edam edildi

12.04.2020 - 12:09

Banqladeşin ilk prezidenti Mucibur Rəhmanın qatillərindən biri Əbdül Məcid edam edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, M.Rəhmanı öldürülməsi ilə nəticələnmiş hərbi çevrilişdə iştirak edən zabitlər 1998-ci ildə edam cəzasına məhkum olunub. Onlardan 5-i 2009-cu ildə edam edilib. Aprelin 8-də isə 24 illik axtarışdan sonra qatillərdən sonuncusu Məcidin həbs olunduğunu bildirilib.

Qeyd edək ki, Prezident Mucibur Rəhman 15 avqust 1975-ci ildə Dakkadakı iqamətgahında həyat yoldaşı, üç oğlu, digər qohumları və ailənin yaxınları ilə (təxminən 20 nəfər) birlikdə öldürülüb. M.Rəhmanın hadisə zamanı Almaniyada olan iki qızı sağ qalib. Onlardan biri, Şeyx Hasina, daha sonra Banqladeşin baş naziri vəzifəsini icra edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=145127

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31