Rusiya İSİD “ordusu”nun sayını açıqladı
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov İŞİD terror təşkilatında vuruşan silahlıların sayını açıqlayıb. RİA xəbər agentliyinin verdiyi məlumata görə, rusiyalı hərbçi İŞİD “ordusu”nun 70 minə çatdığını bildirib.
V.Gerasimov 50 ölkənin hərbi attaşeləri ilə keçirdiyi görüşdə
bölgədəki ağır vəziyyətin yaranmasında Qərbi ittiham edib. Baş Qərargah
rəisi Qərb ölkələrinin legitim hökumətləri devirmək üçün hər cür
üsullardan istifadə etməsindən Rusiyanın narahat olduğunu deyib.
Ukrayna, İraq və Suriyada baş verən hadisələrinə toxunan və “rəngli
inqilab”larla bağlı xəbərdarlıq edən Gerasimov Qərb ölkələrinin başqa
ölkələrin daxili işlərə müdaxilə etdiyini və hərbi gücdən istifadə
etdiyini söyləyıb.
“Yuqoslaviya və Liviya kimi ölkələrdə bunun şahidi olduq. Hazırda
eyni ssenari Suriyada həyata keçirilir”, – rusiyalı general vurğulayıb.(publika.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=14515