İsa Qəmbərin qardaşı Heydər Əliyevdən danışdı və…
“Bu gündən başlayaraq bir il müddətində müxalifətçilik dayandırılsın…”
“Bu gündən başlayaraq bir il müddətində müxalifətçilik dayandırılsın…”
“Müxalifətdə olanda anlamasam da indi dərk edirəm ki, mənim həyatımda mərhum prezident Heydər Əliyevin də rolu böyükdür”. Bu fikri hafta.az-a
açıqlamasında Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin
Almaniyada yaşayan qardaşı Rövşən Qəmbər deyib. O bildirib ki,
Almaniyada təhsil almasında H.Əliyevin rolu danılmazdır: “Allahdan ona rəhmət diləyirəm. Ruhu şad olsun. Həyatımın
dəyişməsində anamın, atamın, Heydər Əliyevin, Azərbaycan Neft-kimya
institutunun rektoru İbrahim İsmayılov və digər şəxslərin rolu
böyükdür. 12 dekabr Heydər Əliyevin anım günü keçirilir. İstədim ki,
onun haqqında mən də fikir söyləyim. Müxalifətçiliklə Azərbaycana çox da
xidmət etmək olmur. Buna görə də xahiş edirəm ki, bütün Azərbaycan
xalqı bu gündən başlayaraq bir il müddətində müxalifətçilik yox milli
birlik nümayiş etdirsinlər. Beləliklə də Dağlıq Qarabağ problemimizi
həll etmiş olarıq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=14518