UEFA “Qarabağ”dan üzr istəyəcək

13.12.2014 - 12:16

 

Avropa Liqasının VI turunda “Qarabağ” və İtaliyanın “İnter”
komandaları arasında keçirilmiş qarşılaşma heç bir halda yenidən
oynanılmayacaq.

Bu barədə sportnet.az-a UEFA-dakı mötəbər mənbələrdən bildirilib.

Mənbə deyib ki, “Qarabağ”ın qolunu saymayan çexiyalı baş hakim
Miroslav Zelinka uzunmüddətli cəzaya məruz qalacaq. O, yalnız yanlış
qərarı üzündən cəzalanacaq. UEFA rəsmisi matçın vaxtından tez
yekunlaşdırıldığına dair fikirləri düzgün saymayıb.

Digər tərəfdən, “Qarabağ”a yanlış qərarla bağlı üzrxahlıq ediləcək.
Çox güman ki, üzrxahlıq UEFA Hakimlər Komitəsi adından rəsmi məktubda
əksini tapacaq. Mənbə olaya tezliklə hüquqi qiymət veriləcəyini də əlavə
edib.

Qeyd edək ki, 0:0 hesabı ilə nəticələnən matçın 90+4-cü dəqiqəsində
Miroslav Zelinka “Qarabağ”ın futbolçusu Riçard Almeydanın təmiz qolunu
saymayıb. Çexiyalı referi köməkçilərinin xəbərdarlığından sonra ofsayd
qeydə alıb.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=14521

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728