Azərbaycanda kim nə qədər qazanır
“2013-cü il
üçün əhalinin orta aylıq əmək haqqı ilə bağlı statistik məlumatların təhlili
zamanı aydın olur ki, sektorlararası aylıq gəlirlərdə ciddi fərq var”.
Bu haqda
iqtisadçı ekspert Rəşad Həsənov açıqlama verib.
Ekspert
mədənçıxarma-neft sənayesində çalışanların səhiyyə və yaxud kənd təsərrüfatında
işləyənlərdən təxminən 7.5 dəfə artıq qazandığını bildirib:
“Eyni
zamanda statistik məlumatların təhlili göstərir ki, ölkə əhalisinin 42%-i aylıq
cəmi 180-220 manat ətrafında gəlir əldə edir. İşləyən əhalinin 30-i isə
təxminən 370-420 manat aylıq gəlir əldə edir. Ökədə əhalisinin cəmi 0.7%-I
(bank-sığorta) aylıq 1000, 0.9%-i(neft-qaz-mədən sənayesi) isə 1500
manatdan artıq gəlir əldə edir. Məşgul əhalinin digər 26.4%-nin aylıq gəlirləri
400-700 manat arasında dəyişir. Yaranmış vəziyyət əslində iş imkanlarının
məhdudluğuna dəlalət edir. Başqa sözlə insanların böyük bir qisminin az gəlirli
sahələrdə çalışması diversifikasiya siyasətinin gecikməsi və qeyri-neft
sektorunda inkişaf sürətinin zəifliyindən yaranır. Belə ki, əgər neft
sektorunda çalışanların aylıq əmək haqqı ötən 3 il ərzində 50% artıbsa, ticarət
və xidmət sahəsində 28%, kənd təsərüfatında isə 35% artım baş verib”.
R.Həsənov
maraqlı bir məqama da toxunub:
“Təhsil və
səhiyyə sahəsində çalışanların orta aylıq maaşları ilə aqrar sektorda
çalışanların aylıq əmək haqları bərabərdir. Yəni bu ölkədə ən az qazananlar
yedirdən, sağaldan və öyrədənlərdir. Nəticədə oxumağa, müalicə olunmağa xaricə
gedirik, yeməyə isə il boyu import kənd təsərrüfatı məhsuları alırıq”
Short URL: http://www.cumhuriyyet.net/?p=14524