Gürcüstanda Rusiya bayrağı qadağan oluna bilər

13.12.2014 - 12:55

Gürcüstanın keçmiş müdafiə naziri
Dmitri Şaşkinin rəhbərlik etdiyi “İslahatçılar klubu” siyasi təşkilatı
bu ölkədə Rusiya bayrağından istifadədən imtina etməyə çağırıb.
APA-nın
“Georgia Online” xəbər saytına istinadən verdiyi məlumata görə, siyasi
təşkilat bununla bağlı Gürcüstan parlamentinə müraciət edib.
 “Parlament
Rusiya Federasiyasının bayrağının Gürcüstanda istifadə olunmasını
cinayət hesab edən qanun layihəsinə baxmalıdır”, – deyə müraciətdə
bildirilir.Söhbət Gürcüstana uçuşlar həyata
keçirən “Aeroflot” aviaşirkətinə məxsus təyyarələrin üzərindəki
bannerdən, küçələrdə yerləşdirilən bayraqdan, o cümlədən etiraz
aksiyaları zamanı istifadə olunan Rusiya bayrağından gedir.
 “İslahatçılar
klubu”nun üzvləri öz ölkələrində Rusiya bayrağından istifadə edənləri
iki ilə qədər azadlıqdan məhrum etməyi təklif edir.
 Keçmiş
müdafiə nazirinin tərəfdarları hesab edir ki, Rusiya bayrağının
Gürcüstanda istifadə olunması “ümumi milli dəyərlərə təhqirdir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=14525

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930