Etyen Mahçupyandan dürüst analiz

13.12.2014 - 12:58

“Ermənistanla sərhədlərin açılması həm Türkiyə-Ermənistan, həm də Azərbaycan-Ermənistan münasibətlərindən asılıdir”

Türkiyə baş nazirinin baş məsləhətçisi Etyen Mahçupyan Ermənistanla sərhədlərin açılmasının şərtlərini açıqlayıb.
APA-nın
RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, E. Mahçupyan
bildirib ki, Türkiyə və Ermənistan arasında sərhədlərin açılmasına dair
razılaşma ancaq tam tənzimlənmə əsasında əldə oluna bilər: “Burada
söhbət həm Türkiyə-Ermənistan, həm də Azərbaycan-Ermənistan
münasibətlərindən gedir”.
Uydurma “erməni
soyqırımı”nın 100 illiyinə toxunan E. Mahçupyan bildirib ki, 2015-ci
ilin 24 aprel tarixi çox simvolik bir tarixdir, bu tarixin yaxınlaşması
erməni dairələrində radikalizmin kəskinləşməsinə səbəb olur, onlar bu
məsələyə kompromissiz mövqedən yanaşırlar.
Baş məsləhətçi qeyd edib ki, Türkiyənin erməni tərəfinin tələblərinə uyğun hansısa qənaətbəxş qərarlar qəbul edəcəyinə inanmır.
“Erməni
tərəfinin bu cür yanaşması ilə Türkiyənin erməni soyqırımı və
sərhədlərin açılması məsələsində hansısa güzəştə getməsi
qeyri-mümkündür”, – deyə E. Mahçupyan vurğulayıb. Bununla belə, o qeyd
edib ki, Türkiyənin bu məsələdə hər hansı addımlar atması yalnız bir
ildən sonra – ehtiraslar səngiyəndən sonra baş verə bilər.
E.
Mahçupyan xatırladıb ki, bu il Türkiyənin keçmiş baş naziri Rəcəb
Tayyip Ərdoğan ölkə tarixində ilk dəfə 1915-ci il hadisələrini iki
ölkənin acısı kimi qiymətləndirib.
“Bu, son həddir. Türkiyə heç bir halda bu həddən aşağı düşməz”, – deyə E. Mahçupyan sözlərini yekunlaşdırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=14526

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728