Azərbaycanda yeni telekanal açılır

13.12.2014 - 13:18

Kanal 2015-ci ilin ikinci yarısından yayımlanacaq

Azərbaycanda yeni “EvroAz”adlı telekanal açılır.

ANS PRESS-in məlumatına görə, kanal 09.12.2014 cü il tarixində Isveç Teleradio Üst Qurumu tərəfindən lisenziya alıb.

Azərbaycan və Türkiyə diasporasının birgə əməyi nəticəsində yaranmış
bu kanal, mədəniyyət sahəsində ,daha çox xəbərlərin yayımlanması nəzərdə
tutulub. Telekanal yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının
telekanalı olacaq.

Telekanalda ancaq Türkün və Azərbaycanın mədəniyyətini, dilini,
musiqisini, kinosunu, ədəbiyyatını, mətbəxini Avropaya və dolayısıyla
dünyaya çatdıracaq verilişlər hazırlanacaq.

Siyasətlə heç bir əlaqəsi olmayan telekanal da, turizmin tanıdılmasında da, xüsusi yer ayrılacaq.

2015-ci ilin ikinci yarısından AzərSpace telekommunikasiya peyki ilə “EvroAz” telekanalının yayımlanması nəzərdə tutulub.

Ümumiyyətlə, telekanalda yayımlanacaq verilişlər Azərbaycan və Türk dillərində olacaq.

Telekanalın tədimat mərasiminin Bakıda keçirilməsi nəzərdə tutulur.

Short URL: http://www.cumhuriyyet.net/?p=14530

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728