İŞİD-in edam videoları montaj imiş
terrorçularının məscid önündə kürd peşmərgənin başını kəsməsi
videosunun montaj olduğu iddia edilib. APA TV-nin məlumatına görə,
iddialara görə, adamların guya başının kəsilməsi səhnəsi xüsusi
studiyada, xromokey önündə çəkilir, daha sonra xüsusi ustalıqla montaj
edilərək internetdə HD keyfiyyətində yayımlanır. Bu iddianı irəli
sürənlər İŞİD terrorçularının yaydığı video materialların keyfiyyətinə
görə Hollivud studiyalarında çəkilən kadrlardan geri qalmadığını əsas
gətirirlər. Onlar studiya çəkilişlərini İŞİD-in Federal Təhqiqat Bürosu
və MOSSAD-ın birgə layihəsi olduğu barədə ehtimalları təsdiqləyəcək fakt
sayırlar. Qeyd edək ki, artıq internetdə kürd peşmərgənin başının
kəsilməsi səhnəsinin studiyada çəkildiyini isbatlayacaq illüstrasiyalar
yayımlanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=14534