“Ermənilərə münasibətdə humanizm keçmir”

13.12.2014 - 13:58

Akif Nağı: “Erməni əsirlər Ermənistana deyil, üçüncü ölkəyə verilməlidir”
“Bu, ən yaxşı variantdır”

4 ildir ki, Azərbaycanda
yaşayan 5 nəfərlik Gevorkyan ailəsi
Ermənistana qaytarılandan sonra ölkəmiz
haqqında arzuedilmə bəyanatlarla çıxış edib. Azərbaycanda yaşadıqları illər ərzində
işgəncə və təzyiqə məruz qaldıqlarını bildirən ermənilər, burada keçirdikləri 4
ili əsl dəhşət kimi xarakterizə edib.

Maraqlıdır, 4 il Azərbaycanda
bəslənilən 5 nəfərlik erməni ailəsinin qarşılıqsız olaraq Ermənistana
qaytarılması nə dərəcədə məntiqlidir? Niyə erməni girovluğundakı Dilqəm Əsgərov
və Şahbaz Quliyevi erməni hərbçilərinin meyidi ilə dəyişməyi təklif edən rəsmi
Bakı, bu ailəni soydaşlarımızla dəyişmək məsələsini gündəmə gətirmədi?

Bununla bağlımoderator.az-a açıqlama verən QAT sədri Akif Nağı ermənilərin humanizmdən
anlamadıqlarını və onlara qarşı münasibətdə bu amilin heç bir rol oynamadığını
vurğuladı:

“Azərbaycan bu məsələlərə
humanizm nöqteyi nəzərindən yanaşır. Lakin ermənilər elə bir məxluqdur ki,
onlara münasdibətdə humanizm keçmir. Bir müddət bundan öncə Inciqulyan soyadlı
başqa bir əsiri də qaytarmışdıq.
O da Ermənistana
qayıdandan sonra başqa fikirlər səsləndirmişdi. O bildirmişdi ki, guya Həsən Həsənov
milli təhlükəsizlik xidmətinin əməkdaşıdır. Guya H.Həsənov ona işgəncə verilməsində
iştirak edib və s. Erməni xisləti hər kəsə bəllidir. Ermənilər geri qayıdan
girovlardan məharətlə istifadə edirlər. Onlara işgəncə verərək bu sözləri onlardan alırlar. Ona görə də hesab edirəm ki
,Azərbaycan bu məsələdə milli maraqlardan çıxış etməlidir. Imkan verməməlidir ki, ermənilər Azərbaycandan
qayıdan ermənilərdən bu şəkildə istifadə etsin. Yaxşı olar ki, bu ermənilər Ermənistana
deyil, üçüncü bir ölkəyə göndərilsin. Bu, ən yaxşı variantdır. Ola bilsin ki, Gevorkyan
ailəsinin qaytarılması razılaşdırılıb. Rusiyanın xarici işlər naziri Bazeldə
bildirdi ki, Ermənistanı Azərbaycanlı girovları geri qaytarmağa çağırıram. Bu,
Rusiyanın rəsmi mövqeyidir. Ermənistan isə Rusiyanın əlaltısıdır və onun göstərişindən
kənara çıxa bilməz. Ola bilsin ki, azərbaycanlı girovlar geri qaytarılsın. Yəni
bu ehtimal mümkündür”.

Short URL: http://www.cumhuriyyet.net/?p=14535

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930