Bakcell vətəndaşların sorğularını cavablandırmaq üçün “Asan Xidmət”lə əməkdaşlığı davam etdirir

27.04.2020 - 13:07

Dünyada koronavirusun yayılması ilə əlaqədar olaraq Bakcell şirkəti ölkəmizdə həyata keçirilən genişmiqyaslı qabaqlayıcı tədbirlərə qoşulub. Abunəçilərinin və əməkdaşlarının təhlükəsizliyini təmin etmək və bütün mümkün risklərin qarşısını almaq məqsədilə şirkət müvafiq dövlət qurumları tərəfindən bu istiqamətdə atılan addımlara xüsusi dəstək göstərir.

Bakcell, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Daxili İşlər Nazirliyi tərəfindən yaradılan “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsilə vətəndaş sorğularının tez bir zamanda cavablandırılması üçün pulsuz SMS icazəni təmin edib.

Bu sistemin fəaliyyətə başlaması üçün texniki inteqrasiya tədbirləri qısa müddət ərzində həyata keçirilib. Xidmət işə başlayandan sonra isə Şirkət “Asan Xidmət”lə birlikdə hər gün sistemin monitorinqini aparır.

Bununla yanaşı, 8103 qısa nömrəsinə mesaj göndərilməsi ilə bağlı abunəçilərin suallarının cavablandırıması üçün Şirkətin 555 Əlaqə Mərkəzi və digər müvafiq strukturları gücləndirilmiş iş rejimində çalışır. Müxtəlif mobil cihazlar vasitəsilə 8103 nömrəsinə mesaj göndərə bilməyən abunəçilərə kömək məqsədilə xüsusi video material hazırlanaraq “Bakcell”in sosial media səhifələrində yerləşdirilib (videoya keçid etmək üçün bu linkə daxil olun – https://www.facebook.com/Bakcell/videos/225149435210696/ )

Short URL: http://www.cumhuriyyet.net/?p=145382

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31