Cəlilabadda hakimiyyətə qarşı pandemiya sabotajı: yardımlar gecə paylanır?

28.04.2020 - 10:53

Pandemiya ilə bağlı ölkə rəhbərliyinin atdığı addımlar ilk gündən xalq tərəfindən böyük rəğbətlə qarşılandı. Amma təəssüflər olsun ki, şəxsi maraqlarını hər şeydən üstün tutan bəzi məmurların fəaliyyəti yenə də xalqı iqtidardan narazı salmağa yönəldi. Xüsusilə, pandemiya ilə bağlı yardımların və 190 manatın verilməsi məsələsində bu özünü daha qabarıq göstərdi. Bununla bağlı regionlarda və baytaxtda baş verən qanunsuzluqlarla bağlı yerli mediada kifayət qədər yazılıb. Bəs kimdir bunlar? Bunlar bu ağır gündə ölkəmizə qarşı xalqda aqressivlik yaratmaqla nə istəyirlər? Bax, sual da budur!!! Məsələn, cumhuriyyet.az-a daxil olan məlumata görə Cəlilabad rayonu Ağdaş ərazi nümayəndəliyi üzrə maksimum 40-nəfərin bu yardımı və 190 manatı almaq hüququ olduğu halda, 400 yüzdən artıq adamın adı yazılaraq rayon icra hakimiyyətinə və məşğulluq idarəsinə verilmişdir. Bu adamların böyük hissəsi tanışlıq yolu ilə yazılıbdır. Onların əksəriyyəti təminat baxımından çox yaxşı yaşayırlar. Bəzi ailələr var ki, Rusiyada yaşayırlar, amma adları siyahıya salınıbdır. Sadəcə bura vətəndaşları olduqları üçün adlarını yazıb onların adına olan pulları, yardımları özləri mənimsəyirlər.
Cəlilabad rayonundan olan şikayətdə yazılır ki,  o şəxslər ki, yardım və 190 manat düşür, onlardan rüşvət istəyirlər. 190 manatdan ya 30 manat, ya da ki, 40 manat tuturlar: “Kəndlər üzrə elə adamlara yardım edirlər ki, əslində onlar imkanlı şəxslərdir və onlar camaata yardım etməlidirlər. Sadəcə, onlar bu yardımı verən adamlara yaxın insanlardır, onların qohum-əqrəbalarıdırlar. İmkansızlar da buna uzaqdan tamaşa edirlər, səslərini çıxara bilmirlər. Onları hədələyirlər və bildirirlər ki, bizə bunu yuxarıdan tapşırıblar. Kimə istəyirsiniz, şikayət edin, kimsədən qorxmuruq”. Bununla bağlı cumhuriyyet.az-a daxil olan şikayətdə bildirilir ki, məsələn, yetim-yesirdən Soyuqbulaq kəndində cəmi iki nəfərə, Vənlik kəndində üç nəfərə, Fətullahqışlaq kəndində bir nəfərə, Hacıcavad kəndində bir nəfərə, Çünzəli kəndində iki nəfərə yardım vermişlər. Ağdaş və başqa kəndlərdə də eyni vəziyyətdir. Onların hər birindən də 30-40 manat pul tuturlar. Onu da qeyd edək ki, bu kəndlərdə tək qadın və kişilər, imkansız ailələr sıyahı üzrə onlara təqdim olunubdur. Bu siyahı kənarda qalıb və özlərinin böyük siyahısı işə salınıb. Maraqlıdır ki, 190 manatı isə adətən gecə qaranlıq düşəndə paylayırlar ki, başaqları xəbər tutub birdən Azərbaycan Respublikasının Prezidentinin saytına yaza bilərlər. Öz adamlarına da bərk-bərk tapşırırlar ki, kimsəyə deməsinlər…
Bütün bu cür hərəkətlər isə onların adına deyil, ölkə başçısının adına yazılır. Çünki pandemiyaya qarşı bu tədbirlər məhz onun göstərişi əsasında həyata keçirdirilir. Amma rüşvətə bulanan, millətin ağır günündə də nəfsini boğa bilməyən məmurlar və onların yerlərdə nökərləri millət verilən bu paydan da oğurluqlar edir, dövlətin imicinə zərbələr vururlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=145392

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31