Bazarları icra başçısı yandırır?

zamanı ticarət mərkəzinin sənaye malları satılan hissəsi tamamilə külə
dönmüşdü. Bundan sonra bazarda işləyən 50-yə yaxın insan rayon icra
hakimiyyəti binasının qarşısına yığışıb. Onlar bazarın qəsdən
yandırıldığını iddia ediblər. Ticarətçilər dəymiş ziyanın ödənilməsini
tələb ediblər.
yanğın olayından 1 il ötməsinə baxmayaraq məsələnin araşdırılmadığını
deyir. Onun sözlərinə görə bazar yanıb, ancaq istintaq hələ bu günə
qədər heç nəyi üzə çıxarmayıb. Bir rayon sakini kimi bu hal məni narahat
edir. İstəyirəm aydınlaşsın ki, bazar niyə yanıb və bu əməli kimlər
törədib: “Mənə maraqlıdır niyə cinayətkarlar
cəzalandırılmır? Elə yalandan yazırlar ki, camaata dəyən zərər ödənib və
s. Halbuki bu günə qədər insanlar əziyyət çəkirlər. Həmin bazarın
yanmasından çoxları mallarını, pullarını itirdilər. İndi də hamı əli
qolu dinc çəkilib kənara. Bəs nəticə? Niyə kimsə cəzalandırılmadı, niyə
insanlar razı salınmadı? Belə olan halda hərə bir kibrit götürüb düşəcək
bazarın canına. Onsuz da iş ört-basdır edilir. Araşdırılmır. Ya da
cinayət işi araşdırılmır deyə kimin kimdən xoşu gəlmir vurub evini,
malını yandırmalıdır?”
araşdırılmayıb – sualı ilə Bakı Şəhər Baş Prokurorluğuna müraciət etdik.
Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bazarın yanması
ilə bağlı məsələni araşdırıb, açıqlama verəcəyini bildirdi.
MMC- yə məxsus mərkəzi bazarın ərazisində ümumi sahəsi 1700
kvadratmetr olan beton tikilinin içərisində piştaxtalar və satış malları
olan 700 kvadratmetr sahəsi yanmışdı. Gədəbəy rayon
Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayevin dediyinə görə,
yanğınla bağlı rayon icra hakimiyyətində xüsusi komissiya yaradılıb və
satıcılara dəyən ziyan araşdırılır. İlkin ehtimala görə yanğına səbəb
elektrik naqillərində yaranan qısaqapanma olub.
Muradov isə deyir ki, bazarın yanmasında müəmmalı bir məqam var. Nəyə
görə insanlara mərkəzi bazarın yanmasından dəyən zərəri icra başçısı
Ramiz Yediyarov ödəyib? “Zərər çəkənlərə kompensasiyanı icra
başçısı ödəmişdi. Hamıda təəccüb yaradan da elə bu məqamdır.
Sahibkarlara kompensasiyanı niyə məhz rayon icra hakimiyyəti ödəyib?
Bazarı kim yandırıb? Ekspertiza bazarın qısaqapanmadan yanması barədə
rəy verib. Əgər belədirsə yanğın hadisəsini videoya çəkənlərin əlindən
kamera və telefonunu niyə alıb siliblər?”. Ramazan Muradov o fikirdədir ki, bazar qəsdən yandırılıb.
bazarı Azərbaycanda yanan ilk ticarət obyekti deyil. Daha öncə də
müxtəlif bölgələrdə fərqli-fərqli yanğın olayları olmuşdu. Məsələn, ötən
həftə Masallı bazarı yandı. Hadisə nəticəsində təxminən 20-yə yaxın
mağaza külə döndü. Sahibkarlara külli miqdarda zərər dəydi. Yanan
mağazaların əksəriyyəti topdansatış anbarları olub. Ümumi ərazisi 5000
kv. metr olan bazarın 500 kv.m. yanıb. Sahibkarlar bazarın
yandırıldığını iddia edirlər.
Nazirliyinin Masallı bazarında baş verən yanğınla bağlı rəsmi
məlumatında deyilir ki, Masallı şəhərində ümumi sahəsi 5000 kv.m olan
bazarın ərazisində 450 kv.m sahədə 16 ədəd mağaza və içərisində olan
mallar yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub.
öncə, Astara mərkəzi bazarında güclü yanğın hadisəsi baş vermişdi.
Bazarın demək olar yarısının yararsız hala düşdüyü yanğın zamanı
sahibkarlara külli miqdarda ziyan dəymişdi. Bazarın ümumi sahəsi 3 min
kvadrat metrdir. Hadisə zamanı alov bazarın 1500 kv. metrə yaxın
sahəsini yararsız hala salıb.
rayonu ərazisində olan bazarda da yanğın hadisəsi olmuşdu. Hadisə
nəticəsində xəsarət alan olmamışdı, amma sahibkarlara ziyan dəymişdi.
İlkin ehtimallara görə, yanğın elektrik qısaqapanmasından baş vermişdi.
“Karvan” adlanan ticarət mərkəzində isə son bir il ərzində iki dəfə
yanğın hadisəsi qeydə alındı. Yanğın nəticəsində 1 nəfər həlak oldu, 5
nəfər isə xəsarət aldı. Sahibkarlara isə hər iki yanğın nəticəsində
külli miqdarda ziyan dəydi. Ticarət mərkəzinin girişi, eskalatoru, lifti
və binanın 3 mərtəbəsi bütünlüklə yanmışdı.
itirəcəyimiz heç nə qalmayıb. Olan-qalan pulumuzu gedib mala vermişdik,
o da burada iki dəfədir ki, yanıb kül olur. Allaha qurban olum, bir
dəfə yaşadığımız yurddan qovulub qaçıb gəldik, iki dəfə də burda belə
yanıb tələf oldu hər şeyimiz…”, – bu “Karvan” Ticarət Mərkəzində
malları düz iki dəfə yanıb külə dönmüş ticarətçinin sözləridir.
sahibi Ağamirzə Əhədov bildirmişdi ki, təki Allah
millətimizi ümumbəşəri təbii fəlakətlərdən qorusun, qalanı düzələn
şeylərdir. Onun sözlərinə görə, “Karvan” elə-belə yanmayıb. Yəqin hər
hansı bir qüvvənin təsiri olub: “Əgər mən pisəmsə, gəlsin məni
vursun-öldürsün və yaxud evimi yandırsın. Camaatın çörəyinə niyə bais
olur? Burada 5000 insan çörək qazanır, niyə onların çörəyinə bais
olurlar? Lakin Allah onların cəzasını verəcək, yaxınlarda hər şey üzə
çıxacaq…”.
2013-cü il oktyabrın 19-da da bir dəfə güclü yanğın olmuşdu. Xeyli
sahibkara əvəzi hələ də ödənilməyən böyük məbləğdə maddi zərər dəymişdi.
Ticarət mərkəzindəki ikinci yanğın hadisəsi isə bu il oktyabrın 9-u baş
verdi. Birinci yanğının üstündən bir il ötməmiş…(bizimyol.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=14545