Gülən şəbəkəsinə beynəlxalq dəstək: ABŞ, Avropa, İsrail

15.12.2014 - 01:10

Avropa Birliyi  və ABŞ  Türkiyədə Gülən camaatına aid olan media
strukturlarına qarşı  polis əməliyyatını pisləyən bəyanatla çıxış edib. Avropa  İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik
Siyasəti Üzrə Ali Nümayəndəsi Federica Mogherini və  AB Komissarı
Yohannes Hahn, birgə bəyanat yayaraq, istintaqın mətbuat azadlığı və
Avropa dəyərləri ilə uyğun gəlmədiyini  söyləyib.
Birgə
bəyanatda “Jurnalistlərlə media nümayəndələrinin dünən
nəzarətinə alınması və polis basqınları, demokratiyanın əsas prinsipi
olan mətbuat azadlığına ziddir” ifadəsindən istifadə edilib.”Bu əməliyyat Türkiyənin parçası olmağı qarşısına məqsəd qoyduğu Avropa dəyərlərinə və standartlarına ziddir”. 
ABŞ   Dövlət DEpartamentinin sözçüsü  Psaki də   yazılı açıqlamada  Türkiyəni pisləyib.”Türk
polisinin Türkiyə daxilində bir sıra basqınlar  etdiyinə dair xəbərləri
yaxından izləyirik. Türk polis  qüvvələrinin aktlarının hədəfinin türk
hökumətini açıq tənqid edən media orqanları olduğu görülür”.

Bu arada İsrailin dünyada məşhur
Haaretz qəzeti Türkiyədə polisin Zaman qəzetinin işçilərinin həbsini
pisləyib. ANS PRESS-in məlumatına görə, Haaretz bu əməliyyatı Türkiyədə
“mətbuat azadlığına zərbə” kimi dəyərləndirib. Qəzetdə həmin yazını “Ərdoğana müxalif çıxan qəzetə qarşı əməliyyat” adı altında verilib. “Türkiyədə
müsəlman din adamı Fətullah Gülənə yaxınlığı ilə tanınan telakanal və
qəzetə qarşı əməliyyat keçirildi. Əməliyyatın prezident Ərdoğanın Gülən
tərəfdarları əleyhinə verdiyi açıqlamalardan sonra keçirilməsi diqqət
çəkdi. Türkiyə polisi eyni vaxtda əməliyyat keçirərək Gülənin mediadakı
vacib adamlarını saxladı”, deyə qəzetdə bildirilir.

Qeyd
edək ki,  dünən  Türkiyədə Gülən camaatına mənsub media strukturlarına
qarşı “paralel dövlət” qurma ittihamları ilə əməliyyat keçirilib.
Əməliyyat nəticəsində STV prezidenti və “Zaman” qəzetinin baş redaktoru
da daxil olmaqla 10-la şəxs həbs olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=14547

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728