Gəncədə”Andro” ləqəbli Məzahir adlı şəxs kimdir?

15.12.2014 - 01:48

Bir  vaxt  Moskvada çeçenlərə və  gürcülərə bir milyon dollar atıb
 Gəncəyə qaçan Andro ürəyində  gizli planlar qurmuşdu. İlk öncə  Gəncə
şəhərinin mərkəzində yerləşən  Mərkəzi Univermağı nəyin bahasına  olursa
olsun  ələ keçirmək.

Məlumat üçün qeyd edək ki, həmin univermaq Ticarət Nazirliyinin tabeçiliyində idi.

Sovet
dövründən bəri  həmin univermağın müdiri, böyük bir sovet 
ticarətçiləri  kollektivinin rəhbəri, Gəncə şəhərinin ağsaqqallarından
biri, hörmətli Arif müəllim idi. Ancaq buna baxmayaraq Andro univermağın
kollektivinin xəbəri olmadan “Əmlak Komitəsi”  ilə  “bazarlaşıb” 
 qeyri-qanuni yolla univermağı  “özəlləşdirib”  ələ keçirə bildi.
Özəlləşdirmə haqqında qanuna görə  kollektivin işçiləri  real  səhm
sahibləri idi. Ancaq  Andro və onun himayədarları bunu nəzərə
almamışdılar.

Sonradan  Andro  univermağın işçilərini yanına
çağıraraq hədə-qorxu yolu ilə onlardan univermağın  səhimlərini də alır.
Və uzun illər univermaqda çalışan kollektiv Andronun əmri ilə öz doğma
iş yerlərindən  didərgin salınır.Və bir müddətdən sonra  Andro  Mərkəzi 
Univermağı cinayətkar yuvasına çevirir. Gəncə şəhərinin o vaxtkı  icra başçısı  Rasim Daşdəmirovun dövründə
Andro univermağın ərazisini  3  min kvadrat metrdən  artıq 
genişləndirərək  xeyli  qanunsuz  ərazi zəbt edir. Bu proses  3 icra
başçısının  və Eldar Əzizovun  dövründə  daha da genişlənərək şəhərin
mərkəzinə qədər uzanmaqla şəhərin  arxitekturasını pozur. Nəzərə alsaq
ki, “Andronun bazarı”   Gəncə şəhərinin mərkəzində ucaldılan Ulu Öndər
Heydər Əliyevin  heykəlinin arxa tərəfində və  şəhər icra hakimiyyətinin
yanında  yerləşir. Və  “Andronun bazarı”  genişlənməkdə  davam edir.
Keçmiş  Mərkəzi Univermağın arxa tərəfində  uzunluğu  70 metr, eni 55
metr  və dərinliyi 18 metr olan böyük bir  “kotlavan”  qazılıb. Bununla
da böyük bir ticarət mərkəzinin təməli qoyulur.

Əgər  Rasim
Daşdəmirovun və ondan sonrakı  icra başçılarının vaxtında Andro üç min
kvadrat metr ərazi zəbt etmişdirsə, indiki başçının vaxtında ərazi beş
min  kvadrat metrə qədər artırılıb. (qafqaznews.az)

 

Bəs, ölkənin ikinci paytaxtını az qala zəbt edən “Andro”  ləqəbli Məzahir kimdir?

O, çeçenlərlə və gürcülərlə necə razılaşdı?

Bu barədə növbəti yazıda…

Short URL: http://www.cumhuriyyet.net/?p=14550

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728