Zelenski Saakaşviliyə yeni vəzifə təklif etdi

29.04.2020 - 08:57

Mixail Saakaşvili bu gün Milli İslahatlar Şurasına qoşulmağa dəvət olunub. Axar.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “RBC-Ukrayna” məlumat yayıb. Nəşrin mənbəsinin verdiyi məlumata görə, Saakaşvili Milli İslahatlar Şurasına təyinat məsələsi ilə bağlı Prezident Aparatında görüşlər keçirib.
“Baş nazirin müavini vəzifəsinə təyin olunmasında mövcud olan çətinliklər nəzərə alınaraq, Saakaşvilinin Milli İslahatlar Şurasına qoşulma variantı nəzərdən keçirilir”, – deyə mənbə bildirib. Xatırladaq ki, 22 apreldə Saakaşvili Prezident Vladimir Zelenskidən Baş nazirin müavini vəzifəsini icra etmək təklifi aldığını bildirmişdi. Aprelin 24-dən isə Saakaşvili Xalqın Xidmətçisi Partiyasının deputatları ilə görüşlərə başladı. Mediada yayılan məlumatlara görə, danışıqlardan sonra Saakaşvilinin təyin olunması üçün təxminən 140-170 arası səs toplanıb. Bu isə Baş nazir müavininin təsdiqlənməsi üçün kifayət deyil.
Bundan sonra Ukrayna Nazirlər Kabineti Ali Radadan Mixail Saakaşvilinin Baş nazirin müavini təyin edilməsi ilə bağlı təqdimatı geri götürüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=145501

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31