Lənkəran icra hakimiyyətindən açıqlama

29.04.2020 - 15:35

Lənkəran Şəhər İcra Hakimiyyəti İcra başçısı və müavini haqqında cümhuriyyət.az olaraq yaydığımız
məlumatlara (http://www.cumhuriyyet.net/sonxeber/145399-lənkaranda-basci-muavin-munasibətlərinin-sok-təffərruati-video.html ) aydınlıq gətirib. Həmin mövqeni olduğu kimi diqqətinizə çatdırırıq:
Bəzi saytlar tərəfindən sosial şəbəkələrdə Lənkəran ŞİH başçısının
müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə
Arifqızı barədə yayılan faktlarla bağlı bildiririk ki, qeyd olunanlar tamamilə
yalan və heç bir əsas olmadan sensasiya yaratmaq xatirinə uydurulmuş
iddialardır. Əvvəllər də sosial şəbəkələrdə dəfələrlə Rasilə Arifqızının Bakı vqə Lənkəran şəhərlərində mənzilləri, villaları, oteli, torpaq sahələri olması və s. barədə böhtan xarakterli məlumatların yayımına cəhdlər olunmuş, lakin onların heç biri təsdiqini tapmadığından təkzib olunmuşdur. Bir daha bildiririk ki, Lənkəran şəhərinin Qala xiyabanı 5 ünvanda yerləşən beşmərtəbəli yaşayış binasındakı 2 otaqlı mənzildən başqa Rasilə Arifqızının şəxsi mülkiyyətində heç bir daşınmaz əmlak yoxdur. Həmin mənzil də uzun illər öncə hələ İcra hakimiyyətində işə qəbul olunmamışdan
çox-çox əvvəl Arifqızının mərhum atası tərəfindən alınıb ona bağışlanaraq
adına sənədləşdirilmişdir. Bu 2 otaqlı mənzildən başqa Rasilə Arifqızının
adına saytda göstərilən kimi hansısa daşınmaz əmlakın olması barədə
sənəd təqdim edən istənilən şəxsə həmin əmlak tam təmənnasız olaraq
sahibi tərəfindən hədiyyə edilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alıb
bildirmək istəyirik ki, gələcəkdə belə saxta informasiyaları dəqiqləşdirmədən yayıb nüfuzlarına xələl gətirməmək üçün saytların rəhbərləri bu məlumatları qarşı tərəfin fikrini qabaqcadan öyrənməklə dəqiqləşdirmələri məsələyə daha ədalətli yanaşma kimi təqdirəlayiq olar.

Short URL: http://www.cumhuriyyet.net/?p=145551

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31