NATO helikopteri qəzaya uğradı, ölən və itkin düşənlər var

30.04.2020 - 08:20

NATO helikopteri Yunanıstanın Kefaloniya adası yaxınlığında dənizə düşüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Yunanıstanın dövlət telekanalı ERT bildirib.

Məlumata görə, axtarış-xilasetmə əməliyyatında iştirak etmək üçün hadisənin baş verdiyi əraziyə İtaliyanın freqatı və NATO gəmiləri göndərilib. Təyyarənin qalıqları Kefaloniyadan təxminən 85 kilometr məsafədə aşkarlanıb.

Hadisə zamanı helikopterdə altı nəfər olub. Onların beşinin taleyi naməlumdur.

“Star” telekanalı isə bildirib ki, xilasedicilər NATO helikopterinin qəzaya uğradığı ərazidə bir nəfərin meyitini tapıblar.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=145559

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31