Şiələr İŞİD-ə qarşı cihada başlayır

15.12.2014 - 14:10

İraqın şiə icmasının liderlərindən biri, ayətullah Müqtəda əs-Sədr
bildirib ki, onun tərəfdarları İraq və Şam İslam Dövləti (İŞİD)
qruplaşmasına qarşı hərbi əməliyyatlara başlayırlar. ANS PRESS-in məlumatına görə, Müqtəda əs-Sədrin başçılıq etdiyi
“Mehdi ordusu” vətəndaş müharibəsi illərində Amerika qoşunlarının ən
ciddi düşmənlərindən biri olub. 
“Müqəddəs Samarra şəhərinin düşdüyü durumu və terrorçu ordunun onu
hədələməsini nəzərə alan lider “Sülh briqadası”na əmr verib ki, 24 saat
ərzində cihada hazır olsunlar”, – deyə briqadalardan birinin
komandirinin dərj etdirdiyi bəyanatda bildirilir. “Mehdi ordusu” əs-Sədr tərəfindən 2014-cü ilin iyun ayında Mosulun
İŞİD tərəfindən işğalından sonra yaradılıb. İŞİD daha sonra şiələr üçün
müqəddəs olan Kərbəla və Samarra şəhərləri istiqamətində hücuma keçir. 
2004-2008-ci illərdə “Mehdi ordusu” İraqın ən döyüş qabiliyyətli silahlı birləşməsi kimi göstərib. 

Short URL: http://www.cumhuriyyet.net/?p=14565

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728