Rusiyanın baş naziri koronavirusa yoluxdu

01.05.2020 - 08:23

Rusiya Federasiyasının baş naziri Mixail Mişustin koronavirusa yoluxduğunu açıqlayıb. Koronavirusa yoluxan Rusiya Federasiyasının baş naziri Mixail Mişustin sonuncu dəfə martın 24-də ölkə prezidenti Vladimir Putinlə şəxsən görüşüb.

“Report” xəbər verir ki, bunu “Komsomolskaya Pravda”nın müxbiri Dmitri Smirnov bildirib. Onun sözlərinə görə, dövlət başçısı, baş nazir və baş nazirin birinci müavini Andrey Belousov iqtisadi məsələlərə dair iclasda görüşüblər.

Daha əvvəl, Mişustinin iş yerindəki təmas dairəsi müəyyən edilib. Baş nazirin ofisinə daxil olmaq üçün icazə yalnız protokol işçilərinə və videobağlantının keyfiyyətini yoxlayan mütəxəssislərə verilib. Xatırladaq ki, Mixail Mişustin koronavirusa yoluxmasını Rusiya prezidenti Vladimir Putinə videobağlantı vasitəsilə məlumatlandırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=145670

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31