VHM-in kəlbəcərli girovlarla bağlı bəyanatı

15.12.2014 - 14:05

Azərbaycanın işğal olunan Kəlbəgər rayonu ərazisində erməni
silahlı dəstələri tərəfindən girov götürülən Rusiya vətəndaşı Dilqəm
Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin işğalçı dövlətdə
ittiham olunmaları heç bir hüquqi müstəviyə sığmır. Bütün dünyanın qəbul
etdiyi kimi, işğal olunan Dağlıq Qarabağ Azərbaycan Respublikasının
ərazisidir. Azərbaycan vətəndaşları Azərbaycan ərazilərində sərbəst
dolaşmaq, həmçinin toplaşmaq hüququna malikdirlər.
İşğalçı dövlətin düzənlədiyi bu ucuz şou, dünyanın gözü qarşısında baş
verən özbaşınalıqdır və heç bir hüquqi izahı yoxdur. İşğalçı dövlət,
işğal etdiyi ərazilərdə hazırda mənəvi terror törədir. Kəlbəcərli
silahsız sakinlərin girov götürülməsi və silahsız sadə vətəndaş Həsən
Həsənovun öldürülməsi buna əyani sübutdur.
Digər tərəfdən, hər iki girovun işğalçı dövlətdə mühakimə olunması,
onların hüquqi yardım almalarından məhrum edilməsinə gətirib çıxarıb.
Xatırladırıq ki, Avropa İnsan Haqları Konvensiyanın 6-cı maddəsində qeyd
olunur ki, hər bir şəxsə onun mülki hüquq və vəzifələri müəyyən
edilərkən, yaxud ona qarşı irəli sürülən hər hansı bir cinayət
ittihamına baxılarkən ədalətli məhkəmə hüququna təminat verir.
Kəlbəcərli girovların mühakiməsi zamanı Konvensiyanın bu maddəsi kobud
şəkildə pozulub.
Bundan əlavə, Dünya ictimaiyyətinə özünü sülhpərvər kimi təqdim etməyə
çalışan Ermənistan tərəfi bu zaman daha bir qanun puzntusuna yol verməyə
məcbur olub. Belə ki, işğal altında olan Azərbaycan torpaqlarında həmin
torpaqların həqiqi vətəndaşları mühakimə etmək üçün hüquqi əsas tapa
bilməyən işğalçı dövlət girovlara saxta ittiham irəli sürməyə məcbur
olub. Qondarma ittihama görə, onlar Sumbat Çakanyanı qətlə yetiriblər.
Təbii ki, silahsız insanların Sumbat Çakanyan adlı birisinə 7 dəfə atəş
açması absurd ittiham olduğundan bu da hüquqi normativlərə ziddir.
Sadalanan bütün bu hüquqi çatışmazlıqları nəzərə alaraq Vətəndaş
Hüquqlarının Müdafiəsi Naminə Hüquq Müdafiə Təşkilatı bəyan edir ki,
girov götürülən kəlbəcərli girovlar – Rusiya vətəndaşı Dilqəm Əsgərov və
Azərbaycan vətəndaşı Şahbaz Quliyev heç bir şərt irəli sürülmədən azad
olunmalı, onları mənəvi terrora və fiziki işgəncəyə məruz qoyan işğalçı
Ermənistan dövləti qanunsuz əməllərinə görə cavab verməlidir.

VHM Mətbuat Xidməti

Short URL: http://www.cumhuriyyet.net/?p=14569

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930