35 nəfəri girov götürən iranlı Munis kimdir?

16.12.2014 - 01:12

İrandan qaçan şiə ruhani, 40-dan çox cinsi motivli sataşma ittihamı…

 

 

Dünən  Avstraliyanın  paytaxtı  Sidneydəki kafelərin birində 35
nəfəri girov götürən, İran əsilli   Man Harun Munis  haqqında
 məlumatlar yayılıb. Avropa.info  xəbər verir
ki,  49 yaşlı  Munis   1964-cü ildə İranın Burucərd şəhərində dünyaya
gəlib. İranda şiə məzhəbindəki bəzi məsələləri dövlətin rəsmi dini
ideologiyasına zidd olaraq şərh etdiyi üçün təqibə məruz qalıb. İranda
 arvadı və uşaqları həbs olunub, özü isə 1996-cı ildə Avstraliyaya qaçıb
və mühacir həyatı yaşamağa başlayıb. 

Sidneyin şimal-qərb səmtlərindən birində yaşayan Harun Munis buradakı şiə dindarlar arasında Şeyx Harun kimi tanınmağa başlayıb. NATO
koalisiyasının 2001-ci ildə Əfqanıstana müdaxiləsindən sonra Harun
Munis öz qadın dostu Amira Druids ilə birlikdə bu koalisiyada iştirak
edən Avstraliya ordusuna mənsub əsgərlərin Əfqanıstandan çıxarılması
üçün aksiyalar təşkil edib. O, Əfqanıstandakı Avstraliya əsgərlərinin
ailələrinə e-maill göndərərək onları Avstraliya hökumətini məhkəməyə
verməyə çağırıb.

O, açıq şəkildə əsgər
ailələrini təhqir etməsi, Əfqanıstanda öldürülən Avstraliyalı əsgərləri
“murdar donuz leşləri” adlandırdığı və Avstraliya ordusunu Hitlerin
ordusuna bənzətdiyi üçün məhkəməyə verilib. Bundan
başqa 2013-cü ildə Harun Munisə qarşı keçmiş arvadı Nolin Palın
bıçaqlanaraq öldürülməsi ilə bağlı ittiham irəli sürülən məhkəmə prosesi
başlamışdı. Harun Munisə qarşı 40-dan çox cinsi motivli sataşma
ittihamı da irəli sürülmüşdü.

Kafedə baş verən hadisədən sonra, bəzi mənbələr Munisin öldürüldüyünü bildirilər.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=14582

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728