Əhməd Əhmədzadənin qardaşının 5 milyonluq villası və…

16.12.2014 - 02:06

 

Qax-Zaqatala bölgəsində başda Su və Melorasiya ASC-nin rəhbəri olmaqla Əhmədzadələr imperiyası haqda yazmışdıq. “Əhmədzadələrin özəlləşdirdiyi rayon” başlıqlı həmin yazımızda Qax rayonunda baş verənlərdən yazmışdıq. İndi isə cumhuriyyet.az-ın elektron poçtuna Zaqatala rayonundan ilginc məlumatlar daxil olub. Belə ki Zaqatala
şəhəri icra başçısı, “Su Melorasiya” ASC nin rəhbəri Əhməd Əhmədzadənin qardaşı
Mübariz Əhmədzadə “regionların sosial iqtisadi inkişafı” proqramı çərçivəsində
dövlət büdcəsindən ayrılan vəsaitin böyük bir hissəsini özünün yaratdıgı şirkətlərə köçürməklə
mənimsəyir. Bu mənimsəməni isə abadlıq işləri adı altında həyata keçirir.

Zaqatala şəhəri
küçələrindəki evlərin divarlarına çay daşından üzlük çəkilir. Hətta ev
sahibləri buna etiraz etsə belə, onların mülkiyyət hüququ pozulur və adı “şəhərin
abadlaşdırılması” qoyulur. Həmin divarlara vurulan üzlük daşlarının haradan və
neçəyə gətirildiyini araşdırdıqda maraqlı bir mənzərə ilə üzləşdik.  Belə ki, cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə büdcədən 1
kv.m çay daşı üçün 50 manat civarında pulicra başçısının inhisarında olan şirkətlərə köçürülür. Halbu ki həmin
çay daşı Əhmədzadə qardaşlarının böyük biznesinin yerləşdiyi Qax şəhəri İlisu
kəndi ərazisində şəlalə ətrafındakı qayalardan hazırlanır. Həmin ərazidə
Mübariz Əhmədzadə kənd əhalisindən bir neçə nəfəri günlük 10 manat müqabilində
işlədir və hər bir işçi qazanacagı 10 manat üçün 50 kv.m çay daşı
hazırlamalıdır. Sonra bu daşlar Zaqatala şəhərinə daşınır və burda şəhərin
divarlarını “bəzəyir”. Daha bir maraqlı
məqamı orda işləyən fəhlələr bildirdi. Belə kifəhlə “Əhmədzadənin fəhlələrindən başqa kimsə, hətta kənd sakini belə özü
üçün çay daşı apara bilməz -başçı buna izin vermir” deyə bildirdi. Görünür
Əhmədzadə kəndi, şəhəri özəlləşdirməsi azmış kimi dagları, qayaları belə
mənimsəyib və özünün icazəsi olmadan kimsə daşa, qayaya belə toxuna bilməz.

Zaqatala şəhərinə
təyinatından əvvəl Qax şəhəri icra
başçısı olan Mübariz Əhmədzadə eyni üsulla orda da həmin “əməliyyatı” etməsi
gözümüzdən qaçmadı – Qaxın hər küçəsi çay daşları ilə örtülmüşdü. Həmin dönəmdə
Qaxın yarısını, İlisu kəndinin yarıdan çoxunu özəlləşdirməsi hər yerdə gözə
çarpırdı. Bunların sırasında Qax şəhər Avtovagzalı, şəhərin müxtəlif yerlərində
villalar, böyük obyektlər, “El Resort” otel kompleksi, turistik yer olan İlisu
kəndində “Yaşıl Park” otel kompleksi, “Səngər Qala” otel kompleksi, “Ulu Dag” oteli, torpaq (1 sotu 3000 – 5000 manat
qiyməti olan)sahələri, kəndin mərkəzində bir neşə villa və.s. Məhz bunun nəticəsidir ki, “Zaqatala sakinləri üsyana hazırlaşır. Səbəb isə İcra Başçısı Mübariz Əhmədzadə və müavini Elman Ramazanovdur”. Bu
sözlər də elektron poçtumuza göndərilmiş şikayət
məktubundandır. Daxil olan şikayət məktubunda daha sonra deyilir:
“Zaqatalada qışda çox soyuq olur.Odunun maşını 1000 manat olduğu üçün
Zaqatala sakinlərinin buna imkanı şatmır. Odur ki, evlərini fındıq
qabığı ilə isidirlər. Fındıq zavodlarına üz tutan sakinlə isə fındıq
qabığının bir maşınını 300 manata çox çətinliklə əldə edirlər. Qaz isə
çox kəndlərdə yoxdur. Belə çətin durumda yaşayan sakinlərin dərdləri ilə
məşğul olmaq əvəzinə İcra Başçısı Mübariz Əhmədzadə 1 hektar sahədə
özünə 5 milyon manata villa tikdirir. Usta və fəhlələr də Bakıdan
gətizdirilir ki,Zaqatala sakinlərinin bu işdən xəbəri olmasın. Mübariz
Əhmədzadə son Avropa səfərində İtalyan memar ilə müqavilə imzalayıb və
200.000 avro dəyərində layihə hazırlanıb.İşi isə Bakıdadı ən məşhur
firmalardan biri aparırı. Keçən dəfə villanın pəncərələrini gətirdilər.
Onlar güllə keçirməyən pəncərələr idi. Evin ancaq pəncərəsi 150.000
manatdır”.

 

Daxil
olan məlumatda daha sonra bildirilir ki, Zaqatalada zəlzələdən zərər
çəkənlərin evlərin çoxu hələ də təmir edilməyib və bu iş tamamilə
dayandırılıb. Sakinlərin evlərinin təmiri üçün Bakıdan göndərilən
sement,taxta və sairə inşaat matrerialları Mübariz Əhmədovun villasında
istifadə edilir: “Bilirsiniz nə üçün? Zaqatala rayon üzrə Fövqəladə
Hallar Nazirliiynin komissiya sədri bilirsiniz kimdir? İcra Başsının
müavini Elman Ramazanov. Necə deyərlər, al gülüm, ver gülüm”.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=14586

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728