Ərdoğanın “qisas əməliyyatı” Bakıya da keçə bilər
Türkiyədəki həbslər dalğası
Azərbaycana doğru gəlir; Azərbaycan hakimiyyəti bundan əvvəl “Bakıda heç
bir həbs aparıla bilməz” deyə, buna imkan verməyib; ancaq bu dəfə
Türkiyə prezidentinin israrı qarşısında hansısa manevrlər etmək daha
çətin olacaq; Bakı bu işə qarışsa, Azərbaycanda “iqtisadi zəlzələ” baş
verə bilər…
Dekabrın
15-də İstanbulda və Türkiyənin bəzi bölgələrində başladılan həbslər həm
qardaş ölkədə, həm də dünyada ciddi reaksiya doğurub. Müxalifətin
“Ərdoğanın qisası” kimi dəyərləndirdiyi həbslər “Gülər camaatı”nın son
qalalarından başlayıb.
ki, həbs olunanlar arasında “Samanyolu” yayım qrupunun rəhbəri Hidayət
Karaca və “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı da var. Məlumata
görə, “Gülən camaatı” ilə bağlı başladılan istintaqda 37 nəfərin adı
yer alır. “Milliyet” qəzetinin hökumətdəki mənbələrdən əldə etdiyi
məlumatda deyilir ki, adı listədə olan 32 nəfərdən biri də Fətullah
Güləndir. Amma Türkiyə hökuməti F.Gülən haqda həbs qərarı çıxara
bilməyib. Səbəb onun ABŞ-da yaşamasıdır.
yazdığına görə, əməliyyatı icra edən İstanbul Prokurorluğu, Gülən
haqqında hazırlanan sənədləri qırmızı bülleten çıxarılması üçün Ədalət
Nazirliyinə göndərəcək. Ədalət Nazirliyi məsələni araşdırdıqdan sonra
Fətullah Gülənin İnterpol xətti ilə beynəlxalq axtarışa veriləcəyi, onun
barəsində qırmızı bülletenlə axtarış elan ediləcəyi deyilir. Bu fakt
onu göstərir ki, hələ baş nazirlik dövründə “Hizmət” hərəkatını xeyli
zəiflədilən Rəcəb Tayyib Ərdoğan prezident kürsüsündə oturduqdan sonra
“Gülən camaatı” ilə son döyüşə qərar verib. Bu həm də o anlama gəlir ki,
Ərdoğanın hədəfi “Hizmət” hərəkatının təkcə Türkiyədə deyil, bütün
türkdilli ölkələrdə hələ də fəaliyyətdə olan şəbəkəsinin tam
çökdürülməsidir və bu sırada Azərbaycan da var.
il Türkiyədə keçirilən 30 mart bələdiyyə seçkilərindən dərhal sonra,
daha dəqiqi, aprelin 4-də Bakıya gələn o zamankı baş nazir Ərdoğanın
“Hizmət” hərəkatı tərəfdarlarının Azərbaycanda şəbəkələşməsi barədə
Türkiyə istihbaratının siyahısının və məxfi dosyenin şəxsən prezident
İlham Əliyevə təqdim edildiyi barədə məlumatlar vardı. Bu siyahıda
Azərbaycan hökumətində təmsil olunan “camaat”a bağlı şəxslərin adlarının
olduğu bildirilirdi. Məhz Ərdoğanın Bakı səfərindən sonra Azərbaycanda
“camaat”a məxsus liseylər bağlandı. Eyni zamanda bir neçə məmur işdən
azad edildi. “Nurçu dərshanələri” adı altında fəaliyyət göstərən bütün
hazırlıq kursları ya bağlandı, ya da başqa tabeçiliyə verildi.
Müşahidələr göstərir ki, Azərbaycan hakimiyyəti Ərdoğanın israrına
rəğmən bu “təmizləmə” prosesini mümkün qədər səs-küysüz aparmağa nail
ola bilib, hətta bəzi hallarda rəsmi Ankaranın iradəsinə qarşı çıxaraq
“Bakıda heç bir həbs aparıla bilməz” deyə, buna imkan verməyib.
ölkə daxilində hətta qardaş Türkiyənin “kimisə həbsdən buraxın, kimisə
həbs edin” tipli xahişlərinin Azərbaycan hakimiyyəti üçün keçərli
olmadığını bir daha göstərdi. Hakimiyyət Ərdoğanın açıq-aşkar qisas
əməliyyatına Bakıda gözlənilən (daha dəqiqi, istənilən) həbslərlə
dəstək verməməklə həm “nurçu” təhlükəsinin olmadığına işarə vurdu, həm
də bu cameənin mümkün incikliklərini də öz adına önlədi. Hətta öz gənc
kadrlarını-Elnur Aslanov və Elşad İsgəndərovu “qurban verdi.”
nurçu məsələsində təmkinli mövqe tutmağa vadar edən daha bir mühüm
səbəb də var. Türkiyə Sənayeçi və İş adamları Birliyi (TÜSİAB) mediada
nurçuların Azərbaycandakı əsas iqtisadi qurumu kimi təqdim edilir. 20
ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərən qurumda 230-dan artıq
türk şirkəti birləşir. Bu şirkətlərin bir çoxu Azərbaycan şirkətləri
ilə şərikli fəaliyyət göstərsələr də, böyük əksəriyyəti Türkiyə
şirkətləri olaraq ölkəmizdə qeydiyyatdan keçiblər. Bunlar əsasən sənaye
və emal, telekommunikasiya, inşaat və təmir, mətbuat, tekstil, təhsil,
səhiyyə, bank sektoru və sığorta, rabitə, avtomobil, neft sektorları
kimi sahələri əhatə edir.
şirkətlərin Azərbaycandakı sərmayəsi isə 3 milyard dollara yaxındır.
Şirkətlərdə hazırda 30 mindən artıq işçi çalışır və bunların böyük
əksəriyyəti, xüsusən də idarəetmə orqanlarında çalışanlar Türkiyə
türklərdir. Hökumət Ərdoğanın “qisas kampaniyasını” Bakıya daşısa,
Azərbaycanda “iqtisadi zəlzələ” baş verə bilər…
etiraf etmək lazımdır ki, indi situasiya daha da qəlizləşib və Ərdoğan
cidd-cəhdlə “Hizmət” hərəkatının hətta bir adamını belə azadlıqda
gəzməsinə qarşıdır.
hərəkatının Bakıdakı “qolu” kifayət qədər zəiflədilsə də, Ərdoğan
bununla kifayətlənməyəcək. Ola bilsin ki, Ərdoğan Bakıya “düşmənləri
sırasında” olanlar haqda yeni məlumatlar versin, yeni adlar təqdim
eləsin.
da mümkündür ki, hökumət də bu siyahıya uyğun olaraq öz araşdırmalarını
aparsın. Ancaq bu dəfə Ərdoğanın israrı qarşısında hansısa manevrlər
etmək rəsmi Bakı üçün daha çətin olacaq. AKP iqtidarı rəsmi Bakını
hətta sərhədlərin açılacağı, Türkiyəyə qoyulan Azərbaycan sərmayesinə
problemlər yaradacağı ilə də hədələyir.
Avropa Birliyinin sərt qınağı ilə üzləşəcəyini bilə-bilə həbslərə
qərar verməsi “Hizmet”çiləri bağışlamaq niyyətində olmadığını və
Türkiyənin yaxın çevrəsində olan ölkələrdə də nurçu şəbəkənin tam
çökdürmək üçün bütün riskli addımlara hazır olduğunu sübut edir.
dekabrın əvvəlində nurçuluğun o qədər populyar olmadığı Rusiyada bu
cərəyanının azərbaycanlı lideri Hacıbəy İsmayılov saxlanılıb.
Azərbaycanlı “lider” ekstremist materialların yayılmasında ittiham
olunub. Onun evində axtarışlar zamanı “nurçular” cərəyanının mənəvi
lideri olan Səid Nursinin müəllifli olduğu minlərlə dini ədəbiyyat
nüsxələri aşkar edilib. Məhkəmə gedişatında H.İsmayılov girov
müqabilində azadlığa buraxılıb və sonda cərimələnib. Bu həbsin Rusiya
prezidenti Vladimir Putinin Türkiyəyə səfərindən dərhal sonra baş
verməsi təsadüfi deyil. Məlumatlara görə, Ərdoğan hətta Afrikaya
səfərlərində də “Hizmət” hərəkatının fəaliyyəti ilə ciddi maraqlanır,
onların öz ifadəsi ilə desək “yuvalarını dağıtmaq” üçün xahişlər edir.
Bu xahişlər “kardeşim” dediyi digər türkdilli respublikalara edilən hər
səfərdə də dilə gətirilir. Azərbaycanda da siyasi məhbusların sayının
artdığı bir zamanda “Gülən camaat”nın sonuna çıxmaq üçün başladılan
həbslərin Bakıyadək uzanması hakimiyyət üçün çıxarlı deyil.
Short URL: http://www.cumhuriyyet.net/?p=14590