İŞİD-in “Çin batalyonu” da var
Təqribən 300 nəfər çinli Suriya və İraqda “İraq-Şam İslam Dövləti” (İŞİD) terror qruplaşmasının sıralarında döyüşür.
“Report” xəbər verir ki, bu barədə Çinin dövlət mətbuatına istinadən “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Çin hakimiyyəti İŞİD-in Yaxın Şərqdə qazandığı nailiyyətlərin
Sintszyan əyalətindəki vəziyyətə mənfi təsir göstərə biləcəyindən
narahatçılığını ifadə edib.
Buna baxmayaraq, Çin Birləşmiş Ştatların rəhbərlik etdiyi beynəlxalq
koalisiya qüvvələrinə qoşulmağa az da olsa hazır oldğunu bildirməyib.
Çinlilər – “Şərqi Türküstan İslam Hərəkatı”nın üzvləri Suriyaya Türkiyə vasitəsi ilə gedirlər.
virtualaz.org
Short URL: http://www.cumhuriyyet.net/?p=14591