Novruzda Günəş tutulacaq
olunacaq. Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini
Xıdır Mikayılov açıqlamasında deyib ki, 2015-ci ilin ilk tam
Günəş tutulması martın 20-sinə təsadüf edəcək. Onun sözlərinə görə, bu
hadisəni Azərbaycandan da qismən müşahidə etmək mümkün olacaq.
X. Mikayılov qeyd edib ki, Günəş tutulması martın 20-si saat 11:40-da
başlayacaq, saat 15:48-də başa çatacaq: “Təbiət hadisəsi 4 saat 8 dəqiqə
davam edəcək. Günəş tutulması maksimumuna saat 13:44-də çatacaq.
Azərbaycandan isə Günəş tutulması 1 saat 30 dəqiqə ərzində müşahidə
ediləcək. Belə ki, ölkəmizdən Günəş tutulmasının müşahidə olunması saat
13:46-da başlayacaq, saat 14:30-da maksimumda olacaq, saat 15:18-də isə
başa çatacaq. Vətəndaşların Günəş tutulmasını müşahidə edərkən Günəş
eynəklərindən istifadə etməsi məsləhətdir”.
X. Mikayılov qeyd edib ki, Günəş tutulmasını Şimali Afrika, Şimali Asiya
və Avropa ölkələrindən qismən müşahidə etmək mümkün olacaq. Tam tutulma
isə İslandiyada, Atlantik okeanının şimal hissəsində və Şimal Buzlu
Okeanı hövzəsindən müşahidə ediləcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=14594