Bakcell Binədə yaşayan aztəminatlı ailələrə ərzaq yardımı edib

30.04.2020 - 19:27

Bakcell şirkəti xüsusi karantin rejimi dövründə Azərbaycan vətəndaşlarına dəstək göstərmək məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlər planı çərçivəsində Bakının Binə qəsəbəsində yaşayan aztəminatlı ailələr üçün ərzaq yardımı proqramı həyata keçirib.
Ötən həftə Bakcell əməkdaşları Binədə yaşayan 650 aztəminatlı ailəyə baş çəkib və şirkət adından yardım qutularını təqdim ediblər. Xəzər Rayon İcra Hakimiyyəti və Binə Bələdiyyəsinin təşkilati dəstəyi ilə və təqdim etdikləri siyahılara əsasən aksiya çərçivəsində Bakcell tərəfindən qəsəbədə yaşayan 650 ailəyə ərzaq yardımı göstərilib.
Qeyd edək ki, bu təşəbbüs Bakcell tərəfindən “Covid-19”a qarşı mübarizə üzrə həyata keçirilən genişmiqyaslı tədbirlərin davamıdır. Belə ki, şirkət Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə etməklə yanaşı, Azərbaycana süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də koronavirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd ekspress-testin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb. Bundan əlavə, Bakcell karantin mərkəzlərində çalışan tibbi heyətə təşəkkürünü ifadə etmək üçün açıqca vasitəsilə mesajlar göndərib, bütün karantin mərkəzlərində çalışan həkimlərə və müxtəlif karantin mərkəzlərindəki vətəndaşlarımıza ödəmə kartları hədiyyə edib.
Bakcell şirkəti sosial izolyasiya müddətində müxtəlif sosial və digər təşəbbüslər vasitəsilə Azərbaycan vətəndaşlarına, xüsusilə də həssas əhali qruplarına dəstək göstərməyə davam edəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=145982

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930