Sürücülük vəsiqəsi almağın ən asan yolu…

16.12.2014 - 19:10

Soydaşlarımız asan yolla sürücülük vəsiqəsi əldə etmək üçün Gürcüstana üz tuturlar.
Azərbaycanlılar Gürcüstanda sürücülük vəsiqəsi almağın yeni yolunu
tapıblar. Bu barədə Gürcüstanda yaşayan soydaşlarımız Avtosfer.az
saytına məlumat veriblər. Bildirilir ki, yeni yol işarələrnin adlarını
və nə olduğunu bilməyənlər sualın 4 cavabı üzrə qısa müddətdə hazırlıq
keçib vəsiqəni əldə edə bilirlər. 
Bunun üçün isə xüsusi müəllimlər var və onlar sürücülük vəsiqəsi
almaq istəyənləri bir neçə gün ərzində hazırlaşdırıb imtahana göndərir.
Yəni, vəsiqə saxta yolla alınmır. Sadəcə, çox asan üsulla vəsiqə əldə etmək mümkündür.
Maraqlısı budur ki, müəllimlər vəsiqə almaq istəyənləri
hazırlaşdırarkən meyvə-tərəvəz adlarından istifadə etməklə sualın
şifrəli cavabını öyrədir:
“Sualların 4 cavab variantı olur. Onların
düzgün olan variantını baş hərflərə uyğun, meyvə-tərəvəz adlarındaan
isdifadə etməklə uşaqlara öyrədirlər. Onlar da bir həftəyə sürücülük
vəsiqəsi alıb Azərbaycana maşın sürməyə gedirlər”.
Soydaşlarımız bildirirlər ki, müəllimlərin hazırlıq kursu təxminən 4
gün çəkir. Bütün proses şifrəli sual-cavab sistemi ilə həyata
keçirilir: “Son vaxtlar Azərbaycandan Gürcüstana axın başlayıb. Hamı
sürücülük vəsiqəsi almağa gəlir. Çünki Gürcüstanda alınan vəsiqələri
bütün dünya qəbul edir”. 
Avtosfer.az məsələ ilə bağlı araşdırmaları davam etdirir. Bu yeni
sistemi icad edən müəllimlərin iş prinsipi barədə məlumatlar əldə etməyə
çalışacağıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=14602

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728