Mobil operatorların aşkar talanı

17.12.2014 - 00:17

Mənasız mesajlarla abunçilərdən oğurluğun arxasında kim və kimlər durursoyan şirkətlər

 
 
 
Yəqin ki, bu yazını oxuyanların böyük əksəriyyəti
işlətdikləri mobil nömrələrin balansından qəpiklərin və hətta manatların
müəmmalı şəkildə “əriməsinin” şahidi olublar. Çoxlarında bu “proses”
onların xəbəri olmadan, hal-hazırda da davam edir. Və biz bilmirik ki,
sözün əsl mənasında bu OДћURLUДћUN arxasında kim və kimlər durur.

Birbaşa bildirək ki, balansımızdakı pulları müxtəlif adlarla – bürc,
hava proqnozu, ulduz falı, əyləncə və digər bu kimi sms-lərlə havaya
sovuran, daha doğrusu özününküləşdirən əsas şirkətlərdən birinin adı (Belə şirkətlərin ümumi sayı 10-dan çoxdur, lakin aparıcı mövqe bir-neçə şirkətə məxsusdur-red) əksər abunəçilərin tanımadığı “Novomedia”dır! Bu şirkət barədə internetdə axtarış versəniz, əsas etibarı ilə rus və
ingilis dilində müxtəlif məlumatlar əldə edə bilərsiz və bu məlumatların
heç birində “Novomedia”nın bizim mobil abunəçilərinə hansısa xidmət
göstərdiyi barədə heç nə tapa bilməyəcəksiz. Ancaq
AzPolitika.info-nun araşdırması göstərir ki, “Novomedia” və oxşar
xidmətləri göstərən bu sirli şirkətlərin əsas gəliri ölkədəki hər üç
mobil operatora aid abunəçilərə müxtəlif bezdirici sms-lər göndərməklə,
onların konturlarını “əritməkdən” formalaşır.

Əvvəlcə qısa nömrələrdən müxtəlif adlarla pulsuz olduğu göstərilən
xidmətlər təklif olunur. Abunəçi də bildi-bilmədi həmin mesajı açıb
oxuyur. Və ya zəlzələdən, ya vəlvələdən böyük bir səhv edərək, “yes”
düyməsini basır. Elə bununla da özünü “bəlaya salmış” olur. Belə ki, bir
həftə bitər-bitməz, həmin əhəmiyyətsiz mesajlara görə balansınızdan pul
çıxmağa başlayır.

Mobil-operatorlar-texniki-ishler-problem-postOnu
da qeyd edək ki, bu “xidmət” bütün mobil operatorlara aiddir. “Bakcell”
və “Nar”da isə bu biabırçılıq pik həddinə çatıb. Məsələ ondadır ki,
abunəçilərin böyük əksəriyyətinin bundan ümumiyyətlə xəbəri yoxdur. Çünki
əksər abunəçilərdən gündəlik 7 qəpik, bəzi hallarda isə 41 qəpiyədək
vəsait tutulur. Mobil telefondan çox istifadə edənlərinsə, əksəriyyəti
bunu hiss edə bilmir. Hiss edənlər xidmət mərkəzlərinə üz tutur. Burada
da həmin abunəçiləri birbaşa olaraq “Novomedia” və onun kimi digər
şirkətlərin  caynağından qurtara bilmirlər.
Belə ki, müştəriyə
“Novomedia”nın və ya oxşar xidməi göstərən digər şirkətin  əlaqə
telefonu verilir və deyilir ki, zəng edib nömrənizi bu “xidmətdən”
ayırmalarını xahiş edin. Sanki, abunəçi bu soyğunçuluq üçün nə vaxtsa
həmin şirkətlərə zəng edib xahiş edib: məni bu mənasız sms-lərlə təmin et və balansımdan pul çək! İndi də zəng edib xahiş etməlidir ki, (!) məni bu bəladan azad et! Görəsən dünyanın harasında bu analoqu olmayan “xidmət” var? Axı söhbət
abunəçinin öz balansından hansısa adla gündəlik pul çıxılmasına
razılığından gedir. Bu isə sözsüz ki, hansısa hüquqi yükü olan sənədin
imzalanması ilə olmalıdır. Yəni, məntiqlə abunəçi necə ki, nömrə alanda
mobil operatorla müqavilə imzalayır, operator deyil, hansısa digər özəl
şirkətin onun balansından pul çıxmasına razılıq verdiyi barədə də
müqavilə imzalamalıdır. Ancaq heç bir müqavilə olmadan hansısa düyməni
bilərəkdən ya bilməyərəkdən basmaqla, abunəçi özünü tələyə salmış olur.

Bəs istehlakçı hüququ? Yeri gəlmişkən, həmin bu  şirkətlərə
istehlakçıların marağını qorumalı olan İqtisadi İnkişaf Nazirliyi başda
olmaqla, nə Vergilər Nazirliyi, nə də digər aidiyyatı qurumlar, hətta
Milli Məclis belə, deyəsən bata bilmir…

Milli Məclisin də gücü çatmır…

teleqraf.com1412099090MMYaxşı,
kimindir  “Novomedia” və digər bu kimi şirkətlər? Kim  onlara xalqın
cibinə girmək ixtiyarı verib? Əlbəttə ki, bu şirkətlərin qazancı və
ödədiyi vergilərlə bağlı Vergilər Nazirliyinə müraciət etməyin mənası
yoxdur, kommersiya sirridir! Az qala hər dönər butkasına “xronometraj”,
yəni aylıq dövriyyəni təyin etmək üçün yoxlama açanlar nədənsə gündəlik
gəliri on minlərlə ölçülən bu cür şirkətləri görmürlər. Bəli, söhbət
gündəlik gəliri 100 min manata yaxın olan şirkətlərdən gedir!

Gəlin adi hesablama aparaq. Hər mobil operatorun ortalama 3 milyona
yaxın aktiv abunəçisi var. Onu da nəzərə alaq ki, Azərbaycanda hər üç
operatora aid nömrədən istifadə edənlərin sayı olduqca çoxdur. Bu, ümumilikdə 9 milyona yaxın nömrə deməkdir. Bu abunaçilərin də ən azından yarısı “Novomedia” və onun kimi digər
şirkətlərin tələsinə düşənlərdir. Sadə hesablama aparsaq, fantastik bir
rəqəm alınacaq. Bu o deməkdir ki, böyük ehtimalla milyonlarla ölçülən
həmin məbləğ bu şirkətlərlə mobil operatorlar arasında qarşılıqlı
anlaşma əsasında bölüşdürülür. Yəni həm operator qazanır, həm də bu sahədə fəaliyyət göstərən  sirli şirkətlər. Uduzan kimdir –bizlər!

Ona görə sirli deyirik ki, bu çür şirkətlərin arxasında hansı
qüdrətli gücün durduğunu hələlik müəyyən edə bilməmişik, ancaq
çalışırıq. Ona görə qüdrətli deyirik ki, hətta Milli Məclis səviyyəsində
dəfələrlə qısa mesajlarla camaatın cibinin soyulduğuna dair məsələ
qaldırılsa da, elə qaldırıldığı yerdə də qalıb. Heç cür bu
biabırçılığın qarşısı alınmır! Niyə? Cünki ortada olduqca böyük məbləğ
var və bu vəsait səssiz-küysüz, camaatın ruhu incimədən cibindən
çıxarılır
! Onu da qeyd edək ki, Azərbaycandakı mobil
operatorların kimlərin nəzarətində olduğu sirr deyil. Ancaq böyük
ehtimalla, bu soyğunçuluqdan və onun miqyasından onların tam xəbəri
yoxdur və bu məsələlər, belə demək mümkünsə, icraçılar tərəfindən həll
olunur. Olan qara camaata olur.

11i06hCWWvByYazıda qeyd olunan məsələlərlə bağlı, “Novomedia” şirkəti ilə əlaqə saxladıq. Şirkətin marketinq və satış üzrə menecəri Ceyhun Abdullayev ilk növbədə bildirdi ki, bu sahədə fəaliyyət göstərən tək şirkət
“Novomedia” deyil, başqaları da var. C.Abdullayev fəaliyyətlərini qanun
əsasında qurduqlarını bildirdi. Onun sözlərinə görə, “Reklam haqqında”
fəaliyyətdə olan qanun onlara belə bir kampaniya həyata keçirməyə imkan
verir.
“Müştəri ilə heç bir müqavilə olmadığı halda, nəyə əsaslanaraq onlara
pullu xidmətlər göstərilir” sualına Ceyhun Abdullayev belə cavab verdi:
“Hər bir mobil operator abunəçilərlə müqavilə imzalayarkən,
orada bu cür “sms” xidmətlərinin də göstəriləcəyi əksini tapır. Yəni,
abunəçilərdən əvvəlcədən bu cür mesajlar göndərilməsinin razılığı
alınır. Kim ki, mobil operatorlarla müqavilə bağlayarkən bu cür
xidmətlərdən imtina edir, onların adı bizə də göndərilir. Belə şəxslərin
adı “qara siyahıda” olur və onlara bu cür “sms”lər göndərilmir.”

Müştərilər istəmədiyi halda, onların necə pullu xidmətlərin
istifadəçisinə çevrilməsinə gəlincə, Ceyhun Abdullayev bunun səbəbini
belə izah etdi: “Hər bir mobil operator istifadəçisinə müxtəlif
xidmətlərlə bağlı mesajlar göndərilir. Bu xidmətlər 1 həftə pulsuz
təklif edilir. 6-cı gün müştəriyə yenə mesaj göndərilərək, xidməti davam
etdirmək istəyib-istəmədiyi soruşulur. Əgər istəmirsə “stop” yazıb
göndərməsi xahiş olunur. Kim göndərməzsə, növbəti həftədən ona pullu
xidmət göstərilir.”

Qeyd etdik ki, mobil telefon istifadəçilərinin arasında çoxlu sayda
uşaqlar, yaşlılar, bu məsələlərə diqqət etməyən, eyni zamanda “stop”
yazıb göndərməyi unudan xeyli sayda insanlar var. Onlar istəmədən pullu
xidmətlərin istifadəçisinə çevrilir və balansından hər gün müəyyən
məbləğdə pul silinir. Bunu nə dərəcədə düzgün hesab etmək olar?
Ümumiyyətlə, abonentin yazılı şəkildə hansısa şirkətə onun xidmətləri
ilə bağlı cavab vermək öhdəliyi varmı?

Ceyhun Abdullayev bildirdi ki, bu məsələ həqiqətən aktualdır. Onun
sözlərinə görə, bu problem artıq Milli Məclisdə də müzakirə olunur: “Bununla
bağlı “Reklam haqında” qanuna dəyişikliklər edilməsi, abunəçilərin
razılığı olmadan onlara hər hansı xidmət mesajının gəndərilməsinin
qadağan olunması nəzərdə tutulur.”

Şirkətin nə qədər müştəriyə xidmət göstərməsinə dair sualı
isə, Ceyhun Abdullayev kommersiya sirri olduğunu əsas gətirək cavabsız
qoydu.

Beləliklə, bizim araşdırmamız tamamilə təsdiqini tapır ki,
hansısa şirkətlər – “Novomedia” və digərləri, mobil operatorlarla əlbir
olaraq, abonentləri tələyə salmaqla məşğuldurlar. İstehlakçıların
hüquqlarını qorumalı olan müvafiq dövlət orqanları isə bu fəaliyyəti
görməməzlikdən gəlirlər.(azpolitika.info)

İ.İsmayılbəyli

Short URL: http://www.cumhuriyyet.net/?p=14604

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930