Polisi döyənlərin general qohumları kimdir?

17.12.2014 - 00:55

Bir müddət öncə polis zabitinin döyülməsi haqda məlumat vermişdik. Təm bilgi üzün məqalələrdə bəhs edilən hadisənin qısa məğzini bir daha diqqətinizə çatdıraq.15 noyabr
2014- cü il tarixdə gecə saat 23:30 radələrində Səbail rayonu Xaqani
küçəsində yerləşən “Sultan” restoranında dava baş verib. Axşam vaxtı
mülki qeyimdə restoranda tək oturub şam edən polis kapitanı Rövşən
Həsənova bir neçə nəfər yaxınlaşaraq restoranda yeyib-içdiklərinin
hesabını ödəməyi ondan tələb ediblər. R.Həsənov isə onlara mədəni 
şəkildə  bildirib ki, o polis kapitanıdır, həm də onun imkanı da yoxdur
ki, 9 nəfərin hesabını ödəsin.

IMG 20141206 WA0001 329x43922 Polisi döyənlərdən birinin general qohumu məlum oldu Kapitanın
bu sözlərindən qəzəblənən 9 nəfər polis zabitinə hücum edərək onun
burun nahiyyəsini iki yerdən sındırıb. Dava nəticəsində polis zabiti
ağır xəsarətlər və kəllə-beyin travması alıb. Polis zabiti Daxili İşlər
Nazirliyinin qospitalına yerləşdirilib.

İçkili vəziyyətdə olan
qarşı tərəf təkcə polisin burnunu sındırmaqla kifayətlənməyərək onun
cibindən polis vəsiqəsini və 910 manat pulunu götürüblər.

Ən 
biabırçı hal odur ki, polisə hücum edən şəxslərin arasında iki nəfər
polis və dörd nəfər gömrük işçisi var. Və bunlar bizim 3  məşhur 
generalımızın çox  yaxın qohumlarıdır.

Hadisə təzə baş verəndə
generallar bu biabırçı olayda adlarının mətbuatda hallandırılmaması üçün
 yaxın qohumlarını qospitalda yatan polis zabitinin yanına minnətə və
bazarlığa yollayıblar ki, ” barışıq sazişi” bağlayaq. Ancaq polis zabiti
qəti şəkildə etiraz edərək qanuni şəkildə axıradək öz davasını
aparacağını bildirib.

Polis zabitinin tərsliyi  generalların  “çestinə-qüruruna” toxunub və “ssenarini” dəyişiblər.

Və 
“general qohumları” növbəti görüşdə polis kapitanına bildiriblər ki,
biz ancaq dava vaxtı sənə məxsus sınmış  Ayfon mobil telefonu alıb
qaytara bilərik, ya da pulunu ödəyərik. Razılaşmasan,  səni DİN-dən
xaric etdirəcəyik…

Onu da qeyd edək ki, aparadığımız araşdırma  zamanı Yasamal RPİ-dən bizə bildiriblər ki, Rövşən Həsənov idarənin əməkdaşıdır.

 

Son məlumata görə döyülən zabitin  DİN-dən xaricedilmə prosesi işə düşüb. Belə
ki, redaksiyamıza daxil olan məlumata görə sağalıb işə çıxmaq istəyən
polis  zabiti Rövşən Həsənova  Yasamal RPİ-nin rəisi bildirib ki,  get
generalların qohumları ilə problemini yoluna qoy, sonra işə çıxarsan.

Aldığımız  digər məlumata görə,  qohum-əqrəbası  qoçuluq edən generallardan biri  DMX-nin rəisi  Firudin Nəbiyevdir.

Belə
ki, restoranda dava salanlardan və polis zabitini döyənlərdən biri olan
Şövqi Məmmədov Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin
işçisidir. Şövqi Məmmədov eyni zamanda DMX-nin Bakı Regional İdarəsinin
rəis müavini İntiqam Məmmədovun doğma qardaşıdır. Bu qohumluq zəncirinin
son ucu gedib çıxır  general Firudin Nəbiyevə. Çünki İntiqam Məmmədov
da DMX-nin rəisi general Firudin Nəbiyevin  “əziz-xələf” kirvəsidir.

Bəli,
Firudin Nəbiyevin  kirvəsi İntiqam Məmmədov miqrasiya xidmətində söz
sahibidir. O, öz yaxın qohumu Vüqar Qasımovu DMX-nin Bakı Rergional
İdarəsində “yağlı vəzifəyə” otuzdurub, yəni qohumuna “kassirlik” edir.

Onu da qeyd edək ki, Vüqar Qasımov Siyəzən RİH-nin başçısı Arif Qasımovun qardaşıdır.

Yeri gəlmişkən, məlumat üçün bildirək ki, DMX-nin rəis müavini  Pərviz  Musayev  DSX-nin rəisi Elçin Quliyevin dayısıdır.

Deməli, DMX  Firudin Nəbiyevin  uzaq və yaxın qohumları, dost-aşnaları tərəfindən “özəlləşdirilib”.

Araşdırmalarımız onu göstərir ki, general Firudin Nəbiyev polis  zabitinin döyülməsi prosesinə müdaxilə edib. ( qafqaznews.az )

Sənan Məmmədli

 

Short URL: http://www.cumhuriyyet.net/?p=14607

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728