Masallıda şok tamaşa səhnəyə qoyuldu:adı BƏLƏDİYYƏ

17.12.2014 - 01:03

Azərbaycanda bələdiyyə seçkilərinə saylı günlər qalıb. Dekabrın 23- ü
seçki günüdür. Lakin Masallı rayonunda qeydiyyatla bağlı hələ də
şikayətlər eşidilir. Şikayət edənlərdən biri də Masallı Ziyalıları
İctimai birliyin sədri Məmmədağa Eynullayevdir. Musaküçə kənd sakini
Məmmədağa Eynullayev 70 saylı Masallı şəhər seçki komissiyasına 14 imza
əvəzinə 20 imza təqdim edib. Onun təqdim etdiyi 6 imzanı işçi qrupu
yararsız hesab edib. Məmmədağa Eynullayev deyir ki, ona imza verənlərin
hamısı yaxınlarıdır. Ancaq seçki komissiyasında deyiblər ki, ona imza
verən 6 nəfər imzalarını geri götürüb:

“İŞÇİ QRUPUNUN RƏYİNİ ƏSAS GÖTÜRÜBLƏR”
Məmmədağa Eynullayevə verilən rəydə qeyd edilir ki, imzadan imtina
edənlər onun namizəd kimi qeydə alınmaması barədə dairə seçki
komissiyasına müraciət ediblər. Musaküçə kənd sakini qanunsuzluqlar
barədə noyabrın 26-da Masallı rayon mərkəzi poçt vasitəsilə Mərkəzi
Seçki Komissiyasına şikayət göndərib. Əlində poçtdan aldığı 67405
nömrəli qəbz də var. Lakin bu günə kimi göndərdiyi şikayətdən xəbər
yoxdur. Məmmədağa Eynullayev Bakıda Mərkəzi Poçtda da olub.

Poçtdan ona bildirilər ki, MSK-ya göndərdiyi məktub onlara noyabrın 26-da daxil olub. Məktub itdiyi üçün axtarışa verilib.

MSK-YA ŞİKAYƏT YETİŞMƏYİB…

“Mənim MSK-ya ayın 28-də göndərdiyim məktub mərkəzi poçta itib. Özüm
axtarmışam. Ayın 26-da daxil olub mərkəzi poçta. Azərpoçtun poçt daşınma
mərkəzinə .Onların əməkdaşı Qəhrəmanova Səbinə Valeh qızı qəbul edib.
26-da həmin məktub orda yoxa çıxıb. Halbu ki, MSK-ya 3 gün müddətinə
müraciət etməliyəm. O məktubu qoymurlar ora çatmağa. Orda da faktlarla
göstərilib ki, mənim namizədliyimi qeyri qanunu olaraq icra başçısının
tələbi əsasında ləğv ediblər. “

Məmmədağa Eynullayev hesab edir ki, MSK-ya göndərdiyi məktubu bilərəkdən it-bata salıblar:

“YAXIN QOHUMLARIMIN ALTISINA İMTİNA ƏRİZƏSİ YAZDIRIBLAR”

“Yaxın qohumlarımın altısına imtina ərizəsi yazdırıblar. Guya bunlar
mənə verdikləri imzadan imtina ediblər. Azərbaycan Respublikasının Seçki
Məcəlləsində də belə bir bənd yoxdur ki, imza geri götürülə və buna
görə imza ləğv oluna bilər. Heç bir səbəb olmadan. Təzyiq nəticəsində
belə bir qərar çıxardıblar. Əslində Masallıda seçki yox seçki tamaşası
hazırlanır.”

Məmmədağa Eynullayev bununla bağlı məhkəməyə müraciət etmək fikrində
olduğunu deyir. Lakin o yerli məhkəmənin bu işi icraata götürəcəyinə
inanmır.Müsavat partiyası Masallı rayon təşkilatın sədri Xasay Səfəroğlu
da deyir ki, indidən seçkinin gedişinə müdaxilə var. Buna görə də
seçkidə aktiv iştirak etmirlər. Onun sözlərinə səsvermə gününə az da
qalsa seçki əhvalı hiss olunmur:

“İCRA ORQANLARIN MÜDAXİLƏSI BAŞ VERİR”

“Rəqabət yoxdur. Bu da inamsızlıqdan qaynaqlanır. Zaman-zaman
saxtalaşdırılan seçkilərə insanlarda inamsızlıq yaranıb. Bələdiyyə
qurumların fəaliyyətsizliyi , vətəndaşlar arasında etibarsızlığı bu
seçkiyə marağı azaldır. Hər zamankı kimi istər namizədlərin irəli
sürülməsində, istərsə də seçki prosesində icra orqanların müdaxiləsi baş
verir.”

Lakin Masallı rayon icra hakimiyyəti aparatı bu iradları qəbul etmir.
Onlar seçkiyə heç bir müdaxilənin olmadığını bildirirlər. Müsaküçə kənd
icra nümayəndəsi Şəmsəddin Nuriyev deyir ki, seçkini seçki
komissiyaları keçirdirlər:

“SEÇKİYƏ BİZİM AİDİYYATIMIZ YOXDUR”

“İcra nümayəndəsi seçki ilə məşğul olmur. Bizim öz işlərimiz var.
Seçkiyə müdaxilə yoxdur. Mənim üçün də maraqlı deyil kim namizədliyini
verir- vermir. Seçkiyə bizim aidiyyatmiz yoxdur.”

“BURDA NƏ VAR Kİ?”

70 saylı Masallı şəhər seçki komissiyasının sədri Valeh Seyfullayev
isə deyir ki, Məmmədağa Eynullayevin topladığı imza yetərli olmayıb: “Ona imza verən vətəndaşlar ərizə ver

iblər ki, imza mənim deyil.
Bizim əvəzimizə qol çəkib. İmtinaya ərizə veriblər. Burda nə var ki?”.

 

Müstəcəb Məmmədov

 

Short URL: http://www.cumhuriyyet.net/?p=14608

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728