Oqtay Əsədov qudasını “Azərsu”ya rəhbər gətirir

19.12.2014 - 01:09

“Azərsu” ASC-ninfəaliyyətində yer almış
müxtəlif qanun pozuntuları ilə bağlı dəfələrlə yazmışıq. Son araşdırmamızda bildirmişdik ki, ASC-də Baş Prokuror
yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamanın
nəticəsində aşkar edilmiş mənimsəmənin bilavasitə həyata keçirilməsinə görə
məsuliyyət daşıyan şəxs kimi ASC-nin Babək Həsənov adlı bir əməkdaşı həbs
olunub. Bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə Babək
Həsənov ASC-də Köçəri Həsənov, Mahir Məmmədov və İlqar Tağıyevdən ibarət
qruplaşmaya daxil imiş. Babək
Həsənov В«AzərsuВ» Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavinİ Teyyub
Cabbarovun qardaşının kürəkənidir. O, həbsinə qədər ASC-nin hüquqşünası
olub. Sözügedən həbs başda Qorxmaz Hüseynov olmaqla, onun 1-ci müavini
və digər vəzifəli şəxsləri qorxuya salıb.
Babək Hüseynovun həbsindən kənarda qalanlar
Sözügedən yazımızda onu da bildirmişdik ki, aşkar olunan mənimsəmə
halına görə məsuliyyət daşımalı olan şəxslərdən birinin də ASC sədri
Qorxmaz Hüseynovun xalası oğlu Şakirin olduğu müəyyən edilib.  Lakin ASC-də
məsul vəzifə daşıyan həmin şəxsin istintaqa cəlb olunması nədənsə hələ də
təxirə salınır. Digər tərəfdən isə cumhuriyyet.az-ı bilgiləndirən mənbə iddia
edir ki, Babək Həsənovun “əməyindən” bəhrələnən ASC rəsmilərinin siyahısı heç
də yuxarıda adları keçən şəxslərlə məhdudlaşmır. Qeyd olunur ki, Babək
Həsənovun “səmərəli” fəaliyyəti ASC sədrinin birinci müavini Teyyub Cabbarovun
da 650 min manat dəyərində villaya sahib olmasına şərait yaratmışdır. Bu
xüsusda yeni aldığımız məlumatda isə bildirilir ki, aşkarlanmış mənimsəmə
faktlarına əsasən prokurorluq tərəfindən istintaqa cəlb olunan şəxslərdən biri
də ASC sədrinin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədov olub.
Lakin Birləşmiş Su-Kanal MMC-nin rəhbəri Etibar Məmmədovun işə
müdaxiləsindən sonra Mahir Məmmədov sərbəst buraxılb.
Mənimsənən milyonlar və qorxuya düşən məmurlar
Babək Həsənovun həbsinin yaratdığı təlatüm
səbəbsiz deyil:
В«Çünki Babək Həsənov təkcə departament rəisi kimi В«AzərsuВ»da müəyyən
üstünlüyə sahib
deyildi. O, Qorxmaz Hüseynovun 1-ci müavini Teyyub Cabbarovun qardaşının
kürəkəni
kimi ASC-də qeyri-rəsmi status qazandığından bir sıra iri maliyyə
mənimsəmələrinin
başında duran əsas şəxslərdən olub. Halbuki onun təmsil olunduğu Hüquq
Departamentinin tabeliyində cəmi iki şöbə olub. Bu şöbələr isə В«Texniki
şərtВ» sənədlər
toplusunu hazırlamaqda hökmlü olmayıb. Ancaq dediyim kimi, qeyri-rəsmi
status
Babək Həsənova xüsusi üstünlük tanıyıb. Həbsinə qədər bütün yaşayış və
qeyri-yaşayış
obyektlərinin su və kanalzasiya sisteminə qoşulmağa rəsmi razılıq sənədi
sayılan “Texniki şərt”i də, məhz, onun müəyyən etdiyi məbləğ hesabına
hazırlanıb. Bu isə bəzi obyektlər üzrə bəzən 150 min manatı aşıb.
Maraqlı burasıdır
ki, bir sıra yaşayış binalarına texniki şərt deyilən sənəd verilsə də,
oradan alınan
pullar ASC-nın rəsmi hesabına ödənilməyib. Yəqin ki, istintaq bunu da
aydınlaşdırıb. Hələlik В«AzərsuВ»da
gəzən söhbətlər bundan ibarətdir ki, Babək Həsənov təxminən 300 min
manatı özünün
götürdüyünü, 650 min manatın isə qayınatasının qardaşı olan Teyyub
Cabbarovun villasına
xərcləndiyini etiraf edibВ».Bu həbs
və onun “Azərsu”da yaratdığı rezonans, həmçinin Qorxmaz Hüseynovun “Azərsu” ASC-də sədr
olmasından sonra qardaşlarının, qaynı və bacısı oğlunun nələrə sahib olması ilə
bağlı olduqca maraqlı faktlar var. Bundan əlavə, Qorxmaz Hüseynovun Teyyub
Cabbarova nədən bu qədər isti bağlanması, onun və qardaşının 1-ci müavinin
doğulduğu rayonda hansı nüfuzlu nazirlə yan-yana villa qaldırması kimi məlumatlar da diqqət çəkir.
Qorxmaz
Hüseynovun qələmi qırılıb?
Bizi bilgiləndirən mənbənin sözlərinə görə məsuliyyət
daşımalı olan şəxslərdən birinin də ASC sədri Qorxmaz Hüseynovun xalası oğlu
Şakirin olduğu müəyyən edilib. Məlumatları nəzərdən keçirdikdə aydın olur ki, Babək
Həsənovun “əməyindən” bəhrələnən ASC rəsmilərinin siyahısı heç də yuxarıda
adları keçən şəxslərlə məhdudlaşmır. Sözügedən həbs başda Qorxmaz Hüseynov olmaqla,
onun 1-ci müavini və digər vəzifəli şəxsləri qorxuya salıb. Məsələnin kifayət
qədər ictimailəşməsi və aşkarlanan korrupsiyaya bir dövlət qurumunun ən yüksək
vəzifə sahiblərinin bulaşması prosesə daha yüksək səviyyədə müdaxiləni zəruri
edib. Bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə
Qorxmaz Hüseynovun vəzifədən alınmasına artıq qərar verilib: “Vəziyyət
hakimiyyətin üst qatının da diqqətindədir və yaxın vaxtlarda Q.Hüseynovun
yerinə təyinat verilməsi gözlənilir. Bu səbəbdən də artıq bir neçə qruplar aktivləşməyə
başlayıb. Azərsu kimi böyük məbləğdə pulların dövr etdiyi bir qurumu ələ
keçirmək üçün hakimiyyətdaxili böyük güclər belə hərəkətə keçib”.
“Azərsu”
ASC-də Etibar Məmmədov qruplaşması
Mənbəmizin sözlərinə görə ASC-yə rəhbərlik uğrunda mübarizə aparan belə
qruplaşmaların sayı üçdür. Amma hazırda ən real şansa malik qrup MM sədri Oqtay
Əsədova bağlı şəxslərdir. Xatırladaq ki, spiker uzun illər Azərsunun sədri olub
və bu dövrdə ətrafına topladığı komanda hələ də qurumda çalışır. Həmin
komandanın indiki liderinin isə Birləşmiş Su-Kanal MMC-nin rəhbəri Etibar
Məmmədovun olduğu bildirilir. Onu da bildirək ki, Q.Hüseynov və E.Məmmədov yaxın
dostluq münasibətləri ilə seçilirlər. Belə ki, bu iki vəzifə sahibi İstanbulun
“zənginlər məhəlləsi” kimi tanınan ərazisində (Floriya səmtində) də
qonşudurlar. Bundan başqa isə bu gün Azərbaycanın bir çox rayonunda Qorxmaz
Hüseynova məxsus 2 hektar torpaq sahəsi var ki, bu ərazilər həmin rayonda
“Azərsu” ASC tərəfindən hər hansı bir irimiqyaslı (dövlət sifarişli) layihənin
həyata keçirilməsi zamanı Etibar Məmmədovun təşəbbüsü ilə yerli su-kanal idarə
rəhbərliyi tərəfindən ASC sədrinə hədiyyə olunur. Yeri gəlmişkən, E.Məmmədov
özü də vaxtaşırı Qorxmaz Hüseynova bu kimi “hədiyyə”lərdən təqdim etməyi
unutmur. Buna misal olaraq Bakının Saray qəsəbəsində, Xətai rayonunda və digər
ərazilərində inşa olunaraq ASC sədrinə təqdim edilmiş villaları göstərmək olar.
Spikerin
müdaxiləsi və iki namizəd
Amma bütün yaxın münasibətlərə baxmayaraq E.Məmmədov
hazırda Q.Hüseynovun yerinə yeni bir şəxsin gətirilmə prosesində aktiv
iştirakçılardandır. Beləki, cumhuriyyet.az-a daxil olan məlumata görə bir
müddət öncə spiker O.Əsədova bağlı qruplaşmanın gizli bir toplantısı keçirilib.
Mənbəmiz toplantının O.Əsədovun bağ evində keçirildiyini və burda E.Məmmədovdan
başqa spikerin Nazim adlı qardaşının və əmisioğlunun iştirak etdiyi bildirilir.
Sözügedən toplantıda Azərsu ASC-nin sədr müavini Mirkamil Seyidovun iştirakı
gözlənilsə də, bizə məlum olmayan səbəblərdən o müzakirəyə qatılmayıb.

Məlumatda o da göstərilir ki, müzakirə olunan əsas
məsələ “Azərsu” ASC-yə rəhbər şəxs kimi kimin namizədliyinin üzərində dayanmaq
olub. Əsasən, Birləşmiş Su-Kanal MMC-nin rəhbəri Etibar Məmmədovun və Samux rayon
icra hakimiyyətinin başçısı Alı Qocayevin namizədliyinin üzərində dayanıb.
Məlumat üçün bildirək ki, A.Qocayev spikerin qudasıdır və uzun müddət Azərsu
sistemində müxtəlif vəzifələrdə çalışmış və 2004-2005-ci illərdə isə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin
vitse-prezidenti olmuşdur. Ehtimal etmək olar ki, spiker üçün daha əlverişli
variant məhz A.Qocayevin bu posta gətirilməsidir. Amma nəzərə alsaq ki,
AşQocayev Binəqədi rayon icra hakimiyyətinin başçısı postundan Samuxa göndərilib,
onda onun “vurulmuş” kadrlardan olduğunu düşünmək olar. Çox güman ki, spiker də
qohumunun hakim komanda daxilindəki durumundan xəbərdardır və bu səbəbdən
ikinci namizədini də hazırlayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=14612

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728