Ucarda şəhidin qanpulunu mənimsədilər

17.12.2014 - 09:55

Ucar rayonu Bağman kəndi sakini, şəhid ailəsi Kərimova Gülabatın Müseyib qızı cumhuriyyet.az-ın elektron poçtuna şıkayət məktubu ilə müraciət edib. Kifayət qədər ciddi ittihamların yer aldığı həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq:
“Azərbaycan Beynəlxalq Bankın Ucar filialının müdiri
Tariyel Mustafayevin mənim pensiya kartımdan 1400 manat pulumu
dələduzluq yolu ilə çıxarması faktı artıq təsdiqini tapmaqdadır.Bu
barədə bir neçə gün əvvəl mətbuat vasitəsi ilə etdiyim müraciətimə cavab
olaraq Beynəlxalq Bankın mətbuat  xidmətindən verilən açıqlamada qeyd
edildi ki, vətəndaş buna görə hüquq mühafizə orqanına müraciət etsin və
ona məxsus pensiyanın bankomatdan çıxaran şəxsin foto robotla çəkilmiş
şəkilləri həmin orqana təqdim edəcəyik. Mən Ucar Rayon Polis şöbəsinə
şikayət ərizəsi ilə müraciət edtim.Şikayətimi Ucar RPŞ-nın müstəntiqi
 Rövşən Mirəliyev araşdırır. Ancaq ABB-nin Ucar filialının müdiri
Tariyel Mustafayev cinayətin izini itirmək üçün mənim köhnə bankomat
kartımı müstəntiqə təqdim etmir və kartı mənə verdiyini  yalandan deyir.
Bu adamın dələduzluqla mənə məxsus 1400 manat pensiya pulumu
 mənimsəməsini bilirdim və buna görə də mətbuat vasitəsi ilə müraciət
edib qanunu tədbirlər görülməsini xahiş etmişdim.Tariyel Mustafayev öz
dələduz əməlləri ilə məni də, Beynəlxalq Bankın rəhbərliyini də
aldatmışdır.O,özünü alicənab adam kimi aparıb şəhid ailəsinə məxsus pulu
mənimsəyib, indi də utanmadan, çəkinmədən yalan məlumatlar verməklə
hamını aldadır. Bu boyda haqsızlıq olmaz, artıq, 2 aydır ki, bizi
süründürməçiliyə məruz qoyub. Hələ bu dələduz Ucar bələdiyyəsinə
seçilmək üçün namizədliyini də verib.
Qeyd edim ki, həyat
yoldaşım  20 Aprel 1994-cü il tarixdə Qarabağın azadlığı uğrunda gedən
döyüşlərdə şəhid olub. Buna görə şəhid ailəsi olduğumuz üçün hər ay bizə
qanunda nəzərdə tutulmuş qaydada  200 manat müavinət verilir. Həmin
müavinəti Ucar rayonunun mərkəzində yerləşən Beynəlxalq Bankın Ucar
filialından bankomatdan götürürdüm. Bu ilin may ayı tarixindən
müavinətimi götürmədim ki, yığılsın ilin sonunda götürüb oğluma toy
edərəm. Noyabr ayının əvvəlində məni Beynəlxalq Bankın Ucar rayon
filialının  müdiri Tariyel Niftəliyev çağırıb dedi ki, kodlar qarışıb,
buna görə bankomat kartları dəyişdirilir, mənə ərizə yazdırdı və
bankomat kartımı məndən aldı. 23 noyabr 2014- cü il tarixdə çağırıb mənə
yeni kart verdi. Kartı bankomata salıb yoxladıqda məlum oldu ki. may
ayından yığılmış 1400 manat pulumu çıxarıb götürüblər. Həmçinin
yoxlayanda o da məlum oldu ki, həmin kartdır, heç bir kod dəyişikliyi
olmayıb. Beynəlxalq Bankın Ucar filalının müdiri Tariyel Niftəliyev
bildirdi ki, biz pul götürməmişik, hətta utanmadan həyasızcasına
qışqırdı da. 

Mətbuat vasitəsi ilə bu ayın əvvəlində
müraciətim getdikdən sonra məsələyə öz münasibətini bildirən Beynəlxalq
Bankın mətbuat xidmətinin rəhbəri  öz əməkdaşının dələduz əməlinə haqq
qazandırırdı. İndi buyurub bankomatdan pulumu çıxaranın foto robotla
çəkilmiş şəkllərini və Tariyel Mustafayevdə olan köhnə kartımı şikayəti
araşdıran polis müstəntiqinə təqdim etsinlər.  Mən bu barədə həmçinin
Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Baş Prokuror
cənab Zakir Qaralova, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab
Kamran Əliyevə və digər aidiyyatı orqanlara şikayət ərizəsi ilə
müraciət etmişəm. İnanıram ki. bu cinayət faktı obyektiv araşdırılıb
qanunu tədbir görüləcək. Beynəlxalq Bankın Ucar filialının müdirinin bu
hərəkətləri bizim ailəni çox sarsıtdı. Çünki biz boğazımızdan kəsib bu
pulu toplamışdıq ki. şəhidin yeganə övladına toy edim ki, xoşbəxt olsun.
Ancaq Tariyel Niftəliyevin fırıldaq əməli bizim ailənin arzusunu
gözündə qoydu.Mənim həyat yoldaşım Sahib Kərimov vətən, torpaq uğrunda
şəhid olub.Buna görə biz fəxr edirik. vətənin başı sağ olsun.Ancaq şəhid
ailəsinə qarşı edilən bu əməl özbaşınalıq, soyğunçuluq və
quldurluqdur.Şəhid ruhuna edilən hörmətsizliyə göz yummaq özü də
mənəviyyatsızlıq olar.Mətbuat vasitəsi ilə BB-nin rəhbərliyinə müraciət
edirəm dələduz işşinizi müdafiə etməyin qanunun tərəfində olub mənim
köhnə kartımı və foto robot tərəfindən çəkilmiş şəkilləri Ucar RPŞ-nin
müstəntiqinə təqdim edin.Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham
Əliyevə , Mehriban xanım Əliyevaya, Baş Prokurora, Korrupsiyaya Qrşı
Mübarizə İdarəsinin rəisinə və digər aidiyatı orqan rəhbərlərinə
müraciət edib xahiş edirəm bu cinayət faktını obyektiv araşdırıb ciddi
tədbirlər görəsiniz. Şəhid ruhuna hörmətsizlik edən cinayətkarlar ən
ağır cəza ilə cəzalandırılmalıdır.”                 

Short URL: http://www.cumhuriyyet.net/?p=14613

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728