Bakı metrosunda vətəndaşlara “qan udduran” şəxslər
Polis İdarəsindən verilən məlumata görə, əməliyyat Bakı
şəhər Baş Polis İdarəsi metropolitendə polis şöbəsinin cinayət-axtarış
qrupu əməkdaşları tərəfindən keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində metroda vətəndaşları
qarət edən Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Cavid Hüseynov
tutulub.
Onun martın 4-də metronun “Neftçilər” stansiyasında Şəki rayon sakini
Maral Əhmədovanın əl çantasından, mayın 3-də 100 saylı xətt avtobusunda
Bakı şəhər sakini, Yusif Əliyevin, dekabrın 6-da metronun “Koroğlu”
stansiyasında Bakı şəhər sakini, Tərlan Kərimovanın, dekabrın 8-də
metronun “28 May” stansiyasında Bakı şəhər sakini Həmid Rəhimlinin mobil
telefonlarını oğurlayıb.
Şübhəli şəxs ətrafında keçirilən araşdırmalarla müəyyən olub ki, o,
dekabrın 8-9 tarixlərində metronun “28 May” stansiyasında Bakı şəhər
sakinləri – Şamil Mehdiyevin və Nərmin Mürsəlovanın da mobil
telefonlarını oğurlayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=14618