Pensiyaçılara bayram müjdəsi

17.12.2014 - 13:35

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2014-cü ilin
dekabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından
əvvəl başa çatdırıb.

Qurumdan ANS PRESS-ə verilən məlumata görə, DSMF-nin mərkəzi xəzinə
hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin
yerli orqanların hesablarına köçürülməsi dekabr ayının 17-i tarixinə tam
yekunlaşıb.

2014-cü ilin 11 ay ərzində Fondun gəlirləri 2646,5 milyon manat təşkil
edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,3 faiz və ya 202,5
milyon manat çoxdur.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin
müvafiq dövrünə nisbətən 9,9 faiz artaraq 1537,0 milyon manata çatıb.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 999,5 milyon
manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin
müvafiq dövrünə nisbətən 13,4 faiz və ya 118,1milyon manat çoxdur.

11 ayı ərzində Fondun xərcləri 2619,4 milyon manat olub və bunun 2568,3
milyon manatı pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldili
ki, bu da 275,3 milyon manat və ya 12 faiz çoxdur.

Hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 29 0092 nəfər
təşkil edir. Onların 60,8 faizini yaşa görə, 28,3 faizini əlilliyə
görə, 10,9 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası
alanlar təşkil edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=14620

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728