Azərbaycana narkotik gətirən ana və qızı tutuldu

17.12.2014 - 13:36

Azərbayacana narkotik gətirmək istəyən ana və qızı yaxalanıb. Dövlət
Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata
görə, son dövrdə Azərbaycan Respublikasının gömrük sərhədindən narkotik
vasitələri keçirmək istəyən narkokuryerlər arasında qadınlara tez tez
rast gəlinir.

Bu günlərdə gömrükçülər daxili orqanlarında, ümumilikdə 400 qramdan
artıq narkotik vasitəni ölkə sərhəddindən keçirmək istəyən 2 qadını
saxlayıb. Fakt Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı
mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar
Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda aşkar edilib.

İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn
Azərbaycan Respublikası vətəndaşları Şahsuvarova Fəridə Məmməd qızı və
Şahsuvarova Səyyarə Elxan qızı saxlanılaraq onların üzərində müvafiq
qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama
zamanı Şahsuvarova Səyyarə Elxan qızından gömrük nəzarətindən
gizlədilmiş uzunsov formalı bükümlərdə ümumi xalis çəkisi 149,038 qram
narkotik vasitə-heroin və xalis çəkisi 3,971 qram psixotrop
maddə-metamfetamin tapılıb. Şahsuvarova Fəridə Məmməd qızından isə ümumi
xalis çəkisi 251,688 qram narkotik vasitə-heroin aşkar edilərək
götürülüb.

Faktla bağlı təəssüfdoğurucu hal isə ondan ibarətdir ki, Şahsuvarova
Fəridə Məmməd qızı Şahsuvarova Səyyarə Elxan qızının anasıdır.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=14621

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728