Fətullah Gülən: “Gəlib tutsunlar, nə xoş…”

17.12.2014 - 13:48

Haqqında Türkiyə hökumətinin Qırmızı bülleten üzrə həbsinə axtarış verilməsi ilə bağlı iddialara Fətullah Gülən cavab verib. 
Analitik.az
xəbər verir ki, o, deyib: “Qırmızı bülletenlə məni tutdursalar, nə
gözəl və xoş olar. Baş üstündə gəlsinlər… Amma bütün bunlarla onları
qəbul etməyimi hədəfləyirsə, qətiyyən bu, ola bilməz. Onlar bilməlidir
ki, həqiqi mömünlər heç bir zaman nifaq düşüncəsi qarşısında əyilməyib.
Əsla səcdəyə qapanmayıblar. Allahın inayətilə və izni ilə həmişə dimdik
durublar”.
 
Bir neçə gün əvvəl həbs edilən mətbuat nümayəndələrilə bağlı isə Gülən bunları söyləyib: “Zənn edirəm Əkrəm bəyin və Hidayət bəyin yerində olmağı arzu edən çox
insan var. Onlara oldu da, cənab Allah niyə bu lütfü bizdən əsirgədi,
deyirlər. Heç vaxt, Allah əsirgəməz. Əcəba cənab Haqq bizi belə bir şeyə
niyə məruz qoymadı? Zəif idikmi? Bir iş görmədikmi əcəba bu məsələ bizə
gəlmədi?” Bizə pislik edənlərə Allah şəfa versin, deyən Gülən sonda
Ərdoğan hökümətinə insaf, iman da diləyib.
 
Xatırladaq
ki, ötən gün Türkiyənin baş naziri  Əhməd Davudoğlu Güln haqqında
Qırmızı bülletenlə axtarış veriləcəyini açıqlamışdı.
 
Videoya burdan bax!

Short URL: http://www.cumhuriyyet.net/?p=14623

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728