Azərbaycan dünyada ən çox jurnalistin həbsdə yatdığı 10-luqda

17.12.2014 - 14:06

2014-cü ildə dünyada 220 jurnalist həbsdədir. Bunu Jurnalistləri
Müdafiə Komitəsi (CPJ) dekabrın 17-də yaydığı hesabatda deyir. Qurum
bildirir ki, həbsdəki jurnalistlərin sayı ötən illə müqayisədə 9 nəfər
artıb.

CPJ 1990-cı ildən bu hesablamanı aparır və bildirir ki, 220 rəqəmi bu
14 ildə ikinci böyük rəqəmdir. Üstəlik, Çin, Efiopiya, Birma və Misir
kimi avtoritar hökumətlərdə artım var.

ÇİN, İRAN…

Çində ötən il həbsdəki jurnalist sayı 31 idisə, bu il 44 olub. Bu,
prezident Xi Jinping-in media, hüquqşünaslar, dissidentlər və
akademiklərə təzyiqini əks etdirir. Jurnalistləri həbsə atmaqdan savayı,
Pekin nəyin işıqlandırıla bilməsinə dair qaydaları sərtləşdirib, xarici
jurnalistlərə viza verməkdən imtina edib. Etnik azlıqlarla bağlı
məsələlər də həssas mövzuya çevrilib.

CPJ İran prezidenti Hassan Rouhani administrasiyasının da mətbuata
qarşı repressiv tədbirləri saxladığını bildirir. Ancaq bu il İranda
həbsdəki jurnalistlərin sayı 30-a düşüb, ötən il 35, 2012-ci ildə isə 45
idi.

Dünyada jurnalistləri ən çox həbsə atan 10 ölkənin siyahısında daha
sonra bu adları oxuyuruq: Eritrea, Efiopiya, Vyetnam, Suriya, Misir,
Birma, Azərbaycan və Türkiyə.

DÖVLƏT MEDİASINA ALTERNATİV

Azərbaycanda ötən ildəkindən bir nəfər artıq, yəni 9 jurnalist
həbsdədir. CPJ yazır ki, ənənəvi mediaya təzyiqlər fonunda, bəzi fəallar
dövlət mediasına alternativ yaratmaq üçün sosial şəbəkələrə üz
tutublar. CPJ-nin siyahısına bu il Azərbaycanda həbsə atılmış azı 4 fəal
daxil deyil. Onlar facebook qrupları yaratmaq və idarə etdiklərinə görə
həbsə atılırlar. Həmin səhifələrdə bu şəxslər və digərləri insan
haqları pozuntuları və korrupsiya iddiaları barədə xeyli şərhlər və
xəbərlər yerləşdiriblər.

Qeyd edək ki, hakimiyyət təmsilçiləri ölkədə heç kəsin ifadə
azadlığına görə həbs olunmadığını, konkret cinayətlərə görə tutulduğunu
deyir. Rəsmilər Azərbaycanda ifadə və digər təməl insan hüquqlarının tam
təmin olunduğunu vurğulayır.

Short URL: http://www.cumhuriyyet.net/?p=14624

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728