Canlı “Allah” ölür
Tibetin dini lideri Dalay-lama bildirib ki, böyük ehtimalla, ondan sonra varisi olmayacaq.
Tibet buddistləri tərəfindən 22-ci canlı
“Allah” kimi qəbul edilən 79 yaşlı dini liderin fikrincə, tarixin
müəyyən mərhələsində yaranmış Dalay-lama institutu bununla tarixə
qovuşacaq. Dalay-lama bildirib ki, özündən sonra nalayiq adamın bu
instituta başçılıq edəcəyindən qorxur.
Əsl adı Nqaqvanq Lovzanq Tentszin Qyamtsxo olan Dalay-lama Tibet,
Monqolustan, Buryatiya, Tuva və Kalmıkiyanın dini lideridir. 6 iyul
1935-ci ildə Taktser kəndində Lxamo Txondrup adı altında anadan olmuş
körpə 1937-ci ildə 2 yaşı olarkən Dalay-lama seçilib. Həmin vaxt XIII
Dalay-lama dünyasını dəyişibmiş. Kəndə gəlmiş budda rahibləri onu
sınaqdan keçirərək Dalay-lamanın ruhunun ona keçdiyini söyləyiblər və
onu XIV Dalay-lama seçiblər.
1950-ci ildə Tibet Çin tərəfindən işğal edildikdən sonra mühacirətdə
olan Tibet parlamenti 15 yaşlı Dalay-lamaya müraciət edərək onu dövlət
başçısı seçib. Həmin vaxtdan Dalay-lama Tibetin dini və dünyəvi rəhbəri
sayılır. Onun iqamətgahı Hindistandadır.
Short URL: http://www.cumhuriyyet.net/?p=14625