Şamaxıda Çuxuryurd bələdiyyə sədrliyi auksiona çıxarılıb
Hakim Yeni Azərbaycan Partiyasının cani dildən təbliğatına rəğmən Azərbaycanda bələdiyyə seçkiləri başlamamış fiaskoya uğrayıb. Artıq bütün bölgələrdə bələdiyyələrin üzvlərinin vətəndaşların seçimi ilə deyil icra hakimiyyətinin təyinatı ilə müəyyənləşdiyi bəllidir. Həm də bu təyinatların müxtəlif məbləğlırlə müəyyənləşmiş “hədiyyə” ilə baş tutduğu haqda da fikirlər var.
Zaman-zaman saxtalaşdırılan seçkilərə insanlarda inamsızlıq yaranıb.
Bələdiyyə qurumların fəaliyyətsizliyi , vətəndaşlar arasında
etibarsızlığı bu seçkiyə marağı azaldır. Hər zamankı kimi istər
namizədlərin irəli sürülməsində, istərsə də seçki prosesində icra
orqanların müdaxiləsi baş verir. Bu sırada torpaqları oliqarxların diqqətində olan, turizm məkanları olan bölgələrin bələdiyyələri ilə bağlı xüsusi fəallıq var. Bu bələdiyyələrə qoyulan qiymətin də yüksək olduğu deyilir. Belə bölgələrdən biri olan Şamaxı rayonunda bələdiyyə seçkiləri ilə bağlı cumhuriyyet.az-a ilginc faktlar daxil olub. Rayondan olan mənbəmizin sözlərinə görə seçkilər bütün rayon ərazisində
saxtalaşdirilacaq: ” İcra başçisi və komandası kimi məsləhət bilirsə o, şəxslərin siyahısı artıq bütün
ərazilərdə əhaliyə paylanılıb. Bütün vətəndaşlardan şəxsiyyət
vəsiqələrinin nömrəsi və digər zəruri məlumatlar götürülüb. Bələdiyyə
sədri və müavini olacaq şəxslərdən rayon üzrə yaşayış yerinə, ərazisinə
uyğun olaraq 10 yüksək məbləğdə rüşvət alınıb”Bu məlumatlar sırasında Çuxuryurd bələdiyyə sədrliyininauksiona çıxarılaraq Hacı Sultan adlı şəxsə satılmasından tutmuş bu ərazidə olan malakanların prosesə ciddi etirazları da yer alıb. Məsələ ilə bağlı geniş araşdırma üçün cumhuriyyet.az-ın əməkdaşları seçki günü Şamaxı rayon Çuxuryurd bələdiyyəsində seçkiləri müşahidə edəcək. Bizi izləyin…
Short URL: http://www.cumhuriyyet.net/?p=14636