Dağlarda böyüyən türk prezidenti

22.12.2014 - 02:12

 

Qazaxıstan prezidenti Nursultan Nazarbayev hesab edir ki,
istənilən dövlət başçısının yaxşı fiziki formada olması çox vacib
məsələdir, çünki gənclər xüsusilə idmanla məşğul olmaq məsələsində
adətən prezidentlərdən nümunə götürürlər. N.Nazarbayev bunu yerli telekanallara
müsahibəsində bildirib. Prezident müsahibəsində uşaqlığından, həyat
tərzindən, geyimindən də bəhs edib.

“Prezidentlərin işi gərgindir. Bu işə bütün qüvvəni sərf etməli
olursan. Ona görə də səhhətində hər şey qaydasında olmayan,
sağlamlığında problemi olan adamlar bu postda yaxşı işləyə bilmirlər.
Allaha şükür ki, valideynlərim mənə sağlam genlər ötürüblər. Dağlarda
böyümüşəm. Hələ uşaqlıq illərində dağlarda çox qaçardım. Ola bilsin ki,
bu da məni möhkəmləndirib. Yaş keçdikcə idmana da meyl saldım. İndi
özümü idmansız təsəvvür edə bilmirəm” – deyə Qazaxıstan prezidenti
bildirib.

Nazarbayev deyib ki, bir çox idman növlərini öz ölkəsində məhz o, özü dəbə mindirib:
“Dağ kurortu olan Çimbulaqda dağ xizəkçliyini məhz mən başlamışam.
Əvvəl orada heç kəs olmazdı. İndi orada adam əlindən tərpənmək olmur.
Qazaxıstanda böyük tennislə ilk dəfə mən məşğul olmağa başlamışam. İndi
bütün vilayətlərdə bu idmanla məşğul olurlar. Qolf topuna ilk zərbəni
1996-cı ildə mən endirmişəm. İndi hər yerdə qolf oynayırlar. Mən at
çapmağa başladım. Atçılıq idmanı bundan sonra inkişaf etməyə başladı.
Şadam ki, gənc qazaxlar bu məsələdə məndən nümunə götürürlər. Bu da
yaxşıdır. Özünü həmişə yaxşı formada saxlamalısan. Möhkəm sağlamlığım,
əməklə və idmanla məşğul olmağım mənə bu işdə kömək edir. Mən kəndli
ailəsindən çıxmışam. Uşaqlıqdan fəhlə-kəndli olmuşam. Metallurgiya
fəhləsi olmuşam. Bel, külüng əlimdən düşməyib. Bunlar da məni
möhkəmləndirib. Ona görə də bədənim prezidentin gərgin iş qrafikinə
dözür”.

Nazarbayev müsahibəsində şəxsi həyatı ilə bağlı daha bir
maraqlı detala toxunub. Prezident deyib ki, özünə pal-paltar seçərkən,
yaxud geyinərkən köməkçilərinin xidmətindən istifadə etmir: “Bu
yaxınlarda internetdə mənimlə bağlı belə bir müzakirə aparırdılar ki,
görəsən, Nazarbayev kostyumlarını haradan alır, onun üçün qalstuku kim
seçir və s. Mənə heç kim qalstuk seçmir. Mənim heç stilistim də yoxdur.
Xüsusi olaraq mənim kostyumlarımla, geyim-kecimimlə məşğul olan şəxs də
yoxdur. Bəzi prezidentlər isə bu adamları özləri ilə hətta xarici
səfərlərə də aparırlar. Mən isə bütün bu məsələlərlə şəxsən özüm məşğul
oluram”. (virtualaz.org)

 

Short URL: http://www.cumhuriyyet.net/?p=14644

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728