Cəbhə bölgəsində icra başçısının ordu sabotajı

22.12.2014 - 02:24

Beyləqanın icra başçısını bitirəcək şok ittiham: Vaqif Abdullayev Ali Baş Komandanın qəzəbindən qurtulacaqmı?

 

Beyləqanın icra başçısını bitirəcək şok ittiham: Vaqif Abdullayev Ali Baş Komandanın qəzəbindən qurtulacaqmı?

Tanınmış hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərovun öz facebook səhifəsində Beyləqan rayon icra başçısı Vaqif Abdullayev haqqında olduqca maraqi məqamlara yer ayırıb. Cumhuriyyet.az Ü.Cəfərovun həmin facebook statusunu olduğu kimi diqqətinizə çatdırır:

“Bu
gün Sizə çox maraqlı və olduqca parodoksal bir hadisə haqqında danışmaq
istərdim. Hadisə o qədər maraqlı və maraqlı olduğu qədər qəribədir ki,
aşağıda oxuyacaqlarınız ola bilsin ki, bəziləriniz üçün qəribə görünsün.
Amma məni tanıyanlar bilirlər ki, özümə və sözümə hörmət edən şəxs kimi
hər zaman FAKTLARLA danışıram və yazıram. Söhbət döyüş bölgəsində
yerləşən rayonun icra başçısının faktiki sabotajından, təxribatından
gedir. Özü də bu sabotaj, təxribat Müdafiə Nazirliyinin ən önəmli Hərbi
Birləşmələrindən birinin şəxsi heyətinə qarşı yönəlmiş addım hesab oluna
bilər. İnanıram ki, ölkə rəhbərliyi bu faktla bağlı ciddi araşdırma
aparılması ilə bağlı müvafiq göstərişlər verəcək və son vaxtlar tutduğu
vacib postda özünü doğrultmayan Beyləqan rayon İcra Hakimiyyətinin
başçısı Vaqif Abdullayev haqqında sərt addımlar atacaqdır.

Bildiyiniz
kimi, 2013-cü ilin oktyabr ayından müdafiə naziri postuna təyinat alan
general-polkovnik Zakir Həsənovun ilk addımlarından biri əsgərlərin
məişət-sosial məsələlərin həlli istiqamətində atdığı addımlar olub.
Yəni, Silahlı Qüvvələrin əsgər və zabitlərinin, xüsusən də döyüş
bölgəsində yerləşən hərbi hissələrin şəxsi heyətinin sanitar-gigiyenik,
sosial qayğılarının ən yüksək səviyyədə həll olunması məsələsidir ki, bu
günədək bu istiqamətdə çox böyük işlər görülüb və görülür. Həmən
işlərdən biri də mülki təşkilatlarla bağlanmış müqavilələr əsasında
hərbi hissələrin məişət işlərinin görülməsi, paltarların
yuyulub-təmizlənməsi, qurudulması və sairə məsələlərdir. Neçə aylardır
ki, Beyləqan rayonu ərazisində fəaliyyət göstərən və ən yüksək səviyyədə
Beyləqan Hərbi Birləşməsinin bütün şəxsi heyətinin təmizlik işlərini
həyata keçirən bir məişət kombinatı, nədənsə icra başçısı Vaqif
Abdullayevin “maraq dairəsinə” düşüb. Əvvəllər də bir neçə dəfə
kombinatın rəhbərliyinə təzyiq göstərmək, şəxsi maraqlarını təmin etmək
üçün müxtəlif yollara əl atan icra başçısı son bir neçə gündə daha da
irəliyə gedərək tabeliyində olan bəzi idarə rəhbərlərinə birbaşa təzyiq
göstərərək onlardan kombinatın fəaliyyətini dayandırmaq üçün hərəkətə
keçmələrini tələb etmişdir. Və çox maraqlıdır ki, Müdafiə Nazirliyinin
daha çox ön xətdə yerləşən hərbi hissələrinin on minlərlə əsgər və
zabitinin geyim və təmizlik işləri bir neçə günlüyə iflic vəziyyətinə
salınmışdır. Yalnız, dekabrın 21-də bu özbaşınalığın və sabotajın
bədəlini çox ciddi şəkildə ödəyəcəklərinin bəzi vəzifəli şəxslərə
davamlı şəkildə başa saldıqdan sonra nəhayət ki, kombinatın fəaliyyəti
bərpa edilmişdir. Amma bu bir neçə gün ərzində MN-nin Beyləqan Hərbi
Birləşməsinin şəxsi heyətinin yaşadığı çətinliklərə görə, hesab edirəm
ki, bu özbaşınalığa birbaşa göstəriş verən Beyləqan rayon İcra
Hakimiyyətinin başçısı Vaqif Abdullayev ciddi şəkildə məsuliyyətə cəlb
edilməlidir. Tam məsuliyyətimlə demək istərdim ki, ümumiyyətlə son
vaxtlar Beyləqan rayon İcra Hakimiyyətinin başçısı ilə bağlı
vətəndaşlardan çox böyük narazılıqlar, şikayətlər Prezident
Adminstrasiyasına davamlı şəkildə daxil olmaqdadır. Onu da xatırladım
ki, icra başçısı Vaqif Abdullayevlə sahibkar Tərlan Kamaloğlu arasındakı
bu ilin əvvəllərində baş vermiş məlum münaqişə hələ də rayonda müzakirə
edilir və az qala lətifələr danışılır. Xatırladım ki, rayon icra
hakimiyyətinin yaxınlığındakı istirahət parkında baş vermiş həmin hadisə
zamanı icra başçısı həmin parkda kafe və çayxanası olan iş adamına
ərazinin abadlaşdırılması üçün bəzi maddi maraqlar irəli sürmüşdü. Ancaq
iş adamı vəsaiti ödəməkdən imtina etmişdi. Bundan qəzəblənən Vaqif
Abdullayev Kamal Tərlanoğlunu camaatın gözü qarşısında təhqiramiz
söyüşlərlə təhqir etmişdi. Ailə üzvlərinə ünvanlanan söyüşləri həzm edə
bilməyən Tərlan Kamaloğlu yerdən qaldırdığı kərpici icra başçısının
üzünə vurmuşdu. Bunun ardınca iş adamı zərbənin təsirindən yerə yıxılan
V.Abdullayevə qarşı fiziki güc tətbiq etmişdi. İstirahət parkında
dincəlməyə gələn vətəndaşların səyi nəticəsində münaqişəyə son
qoyulmuşdu. Sahibkar rayon polis şöbəsinə aparılsa da, icra başçısı bu
məsələyə görə sahibkarın həbs edilməsini istəməmişdi. Nə üçün
istəmədiyini isə, məncə xırdalamaq lazım deyil…

Bu
yaxınlarda Beyləqan rayonuna səfərim zamanı icra başçısı ilə bağlı biri
digərindən “zəngin olan xeyli xəbərlər” də eşitdim. Özü də, deyilənlər
elə-belə adi məsələlər deyildi.

İnanmaq istərdim ki, etdiyi
özbaşınalıqlara görə ən azından Beyləqan rayon İcra Hakimiyyətinin
başçısı Vaqif Abdullayev Hərbi Birləşmənin komandanlığına üzrxahlıq
edəcək və şəxsi heyətə qarşı yol verdiyi sabotaja, təxribata görə
Prezident Adminstrasiyası tərəfindən cəzalandırılacaqdır.

Sonda
onu qeyd etmək istərdim ki, döyüş bölgələrində ölkə rəhbəri tərəfindən
icra başçısı vəzifələrinə təyin edilən vəzifəli şəxslər unutmamalıdırlar
ki, həmin adamlar Ali Baş Komandanın əsgər və zabitlərinə qarşı heç bir
halda ən cüzi belə qanunsuzluqlara, özbaşınalıqlara yol verməyə haqları
yoxdur. Əksinə, onlar bütün güclərini ona sərf etməlidirlər ki, Müdafiə
Nazirliyinin düşmənlə üzbəüz duran əsgər və zabitlərinin bütün işlərinə
yardımçı olsunlar. Çox təəssüflər olsun ki, Beyləqan rayon İcra
Hakimiyyətinin başçısı Vaqif Abdullayev haqqında bunu demək mümkün
deyil…”

 

Short URL: http://www.cumhuriyyet.net/?p=14645

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728