Əli Həsənovla görüşün nəticələrinə ümid varmı?!

22.12.2014 - 09:01

Mirmahmud Mirəlioğlu: “Biz gözləyirik… Nəticələr olacaqsa, gələcək görüşə, dialoqa inam artacaq”

Prezident
Administrasiyasının şöbə müdiri Əli Həsənovla 17 partiya liderinin
görüşündən bir həftədən artıq vaxt keçdi. Növbəti görüşün
olub-olmayacağı hələ tam bəlli deyil.

Əli
Həsənovla görüşün təşəbbüskarlarından biri, KXCP sədri Mirmahmud
Mirəlioğlu ilə bu mövzuda danışdıq. O bildirdi ki, aradan keçən bir
həftədə hələ bir gəlişmə yoxdur: “Bu bir görüş idi. Bunun üstün
cəhətlərindən biri bu idi ki, kənardan kimsənin təşkilatçılığı,
təşəbbüsü olmadan bu görüş reallaşdı. Təşəbbüs Siyasi Partiyaların
Demokratiya və İnsan Haqları Mərkəzindəki partiyalar tərəfindən
qaldırıldı. İqtidar tərəf təşəbbüsə qatıldı və müsbət qarşılıq verildi.
Ötən bir həftədə çeşidli münasibətlər oldu. Görüşdə də siyasi
məhbuslarla bağlı məsələlərin ölkə başçısına məruzə ediləcəyi
razılaşdırıldı. Təbii ki, bunun nəticəsini biz görəcəyik. Bundan sonra
əhatəli dialoqun olması da razılaşdırılıb. Aradan bir həftə keçib və bu
məsələlərlə bağlı gözləntilərimiz var. Biz gözləyirik ki, 13 dekabr
görüşündəki danışıqların nəticələrini görək. Nəticələri olacaqsa,
gələcək görüşə, dialoqa inam artacaq. Həm də bu qənaətdə olacağıq ki,
danışıqların nəticəsi var və deyilənləri yerinə yetirmək istiqamətində
hakimiyyətin real addımları var. Bunlar olduğu təqdirdə görüşün müsbət
nəticəsinin olacağı proqnozları öz təsdiqini tapacaq. Mən ümid edirəm
ki, belə olacaq”.


Qeyd
edək ki, Müsavat Partiyasının 13 dekabr görüşündə iştirak etməməsi
birmənalı qarşılanmayıb. Müsavatın bu addımını doğru sayanlarla yanaşı
tənqid edənlər də var. Məsələn, YAP Siyasi Şurasının üzvü, deputat Musa
Quliyev  Müsavat Partiyasını görüşdə iştirak etmədiyi üçün kəskin tənqid
edib. O bildirib ki, Müsavat başqanı radikal olduğu üçün bu görüşə
qatılmayıb: “Ümumiyyətlə, Müsavat Partiyasının başqanı Arif Hacılı
dialoq adamı deyil. Arif Hacılı təxminən 1980-ci illərin sonundan
ictimai-siyasi həyatda olsa da, bir dəfə də olsun özünü dialoq tərəfdarı
kimi göstərməyib. Bu şəxs hər zaman icazə verilməyən, Azərbaycan
hökuməti tərəfindən razılaşdırılmayan mitinqlərin önündə gedir. 

Bu
mənada Arif Hacılının Müsavat Partiyasının başqanı seçilməsi ilə
partiya daha da radikallaşdırılıb. Ümumiyyətlə, radikal şəxslər heç bir
dialoqa getmək iqtidarında deyil. Hesab edirəm ki, dialoqa meyilli,
ölkədə siyasi sabitliyin qorunmasına töhfə vermək istəyən siyasi
qüvvələrlə Yeni Azərbaycan Partiyası həmişə dialoqu davam etdirəcək”.
Müsavat
Partiyasının, Arif Hacılının hakimiyyətlə dialoqun əleyhinə olduğunu
ortaya qoyan hansısa mövqeyinə isə konkret olaraq son bir ayda rast
gəlinməyib. Hətta bəzi informasiyalara görə, Əli Həsənovla görüş ideyası
Demokratiya və İnsan Haqları Mərkəzində müzakirə olunan zaman Müsavat
buna qarşı çıxış etməyib.
Demokratiya və İnsan
Haqları Mərkəzindəki partiyalardan Müsavat Partiyasının 13 dekabr
görüşündə iştirak etməməsi Müsavatın bu məsələ Mərkəzdə müzakirə
olunarkən mövqeyinin necə olduğu sualını ortaya çıxarıb. “Müsavat həmin
müzakirələrdə iştirak edibmi? İştirak edibsə, mövqeyi necə olub?”
sualına KXCP sədri Mirmahmud Mirəlioğlu belə cavab verdi: “Demokratiya
və İnsan Haqları Mərkəzində 11 partiya funksional əməkdaşlıq etməklə
bağlı razılığa gəlib və bu əməkdaşlıq da birmənalı şəkildə ortadadır.
Müsavatın bu Mərkəzin formalaşmasında iştirakı da var. Amma Müsavatda
qurultay olub, başqan dəyişikliyi baş verib. Dediyiniz məsələdə Müsavat
Partiyasının öncədən mövqeyi olub. Mövqe bundan ibarət olub ki, Müsavat
bu məsələyə kifayət qədər loyal baxır, amma Müsavat Partiyası bu və
digər məsələlərdə iştirak etmir. Bu gün Mərkəzdə olan 11 partiyadan
səkkizinin həmin görüşdə iştirak eləməsi və ya hətta birinin iştirak
eləməsi başqa hal yaradırdı deyə biz görüşdə Mərkəz olaraq təmsil
olunmurduq. Təklif bütün partiyalar tərəfindən gəlmişdi və hamı da
dəstəkləmişdi ki, hər kəs öz adından iştirak edir. Müsavat da, KXCP də
istəyir ki, Azərbaycanda vətəndaş cəmiyyəti formalaşsın. Bunu hansı
yolla, hakimiyyətlə bu məsələni həll etmək mümkündürsə, o yolla da həll
olunsun. Görüş zamanı da iştirak etməyənlərin də adları çəkilib”.(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=14646

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728