Dünyanın içki xəritəsi:harda nə qədər içirlər?
Bir çox adamın qeyd etdiyi bayram fəslinə – Milad və Yeni il ərəfəsinə təsadüf edən dekabr ayında alkoqol istehlakı artır. Bəs görəsən spirtli içkilərin istehlakı nisbəti ölkələr üzrə necə fəqrlənir?
Bu barədə məlumat aşağıdakı cədvəllərdə əks olunur.
“Başqa” içkilərə nə aid edilir? “Başqa”
kateqoriyadakı içkilərə Saxaradan cənubdakı Afrika bölgələrindədək
geniş yayılan pivə növləri aid edilir. Onlar qızmar və quraqlıq keçən
iqlimə davamlı olan sorqum tахıl bitkisi cinsindən hazırlanır.
Çində
sorqumdan kiçik qədəhlə içilən sərt Baycü arağı çəkilir. Bu içkinin ən
qədim markası olan “Moutai”-ni Çinin kommunist lideri Mao Dzedun
içərmiş.
Düyüdən çəkilən Soju içkisi Cənubi Koreyada çox
populyardır. Yerlilərin ən çox xoşuna gələn Jinro markası isə dünyada ən
yaxşı satılan sərt spirtli içkilərdən birisidir.
Pivənin əsasını
maltlanmış taxıl təşkil edir, şərab üzümdən çəkilir, qarğıdalı, sorqum,
düyü, darı və yaxud da üzümdən fərqli hər-hansı meyvədən hazırlanan
fermentləşdirilmiş içki isə “başqa” kateqoriyasına aid edilir.
Geniş içki növlərini əhatə etdiyi üçün bu kateqoriya cədvəldə nəzərə alınmayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=14651