40 min rüşvətlə görə tutulan professor azadlıqda

22.12.2014 - 10:29

BDU hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı azadlığa çıxıb.

Cumhuriyyet.az xəbər verir ki, mia.az-a daxil olan məlumata
görə, keçmiş dekan müavini üç gün öncə azadlığa buraxılıb. Xatırladaq
ki, BDU hüquq fakültəsi “Cinayət hüququ və kriminalogiya” kafedrasının
müəllimi, hüquq elmləri doktoru, professor əvəzi Məhəmməd İmanlı ikinci
ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakini Ziyad
Süleymanovdan BDU-nun Beynəlxalq iqtisadi əlaqələr fakültəsinə tələbə
kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb edərək, 05
may 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin
küçəsi 6 в„–-li evdə qeyd olunan külli miqdarda pulu rüşvət kimi alarkən
cinayət başında yaxalanıb.

Məhəmməd İmanlı Cinayət Məcəlləsinin
311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham olunub.
Lakin məhkəmə onun əməlində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq)
maddəsi ilə cinayət tərkibi görüb. O, məhkəmənin hökmü ilə 3 il
müddətinə azadlıqdan məhrum edilib. Məhəmməd İmanlı hökmdən apellyasiya
və kassasiya şikayəti versə də, cəzası dəyişdirilməyib. O, cəzasını
çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=14652

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728