Horadizdə İlyas Əfəndiyevin yubiley tədbiri

22.12.2014 - 11:15

Ökə
prezident cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq respublikamızda Xalq
yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin 100 illik yubileyi
keçirilir. Xalq yazıçısı İlyas
Əfəndiyevin 100 illik yubilyi doğulduğu Füzuli rayonunda da silsilə tədbirlərlə
qeyd olunur. Xalq yazıçısının 100 illik yubileyinin keçirilməsi barədə rayon
İcra Hakimiyyəti tərəfindən Sərəncam imzalanmış, Tədbirlər Planı hazırlanmışdır.

Tədbirlər
planına uyğun olaraq Horadiz şəhərindəki Muğam Mərkəzində İlyas Əfəndiyev – 100
il adlı tədbir keçirilmişdir. Tədbirdə Baş Nazirin müavini, xalq yazıçısı Elçin
Əfəndiyev iştirak etmişdir.

Yubiley
tədbirində rayonun idarə müəssisə təşkilat rəhbərləri, təhsil, mədəniyyət,
səhiyyə işçiləri, ictimayət nümayəndələri və ziyalılar iştirak etmişdir.

Füzuli
rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Baş Nazirin müavini Elçin
Əfəndiyevlə birgə əvvəlcə Horadiz şəhərindəki Heydər Əliyev Parkında Ulu
öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək
ehtiramlarını bildirmişlər.

Sonra
tədbir iştirakçıları Muğam Mərkəzinin foyesində xalq yazıçısı, dövlət mükafatı
laureatı İlyas Əfəndiyevin əsərlərindən ibarət kitab sərgisi ilə tanış olmuşlar.

Füzuli
rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbirdə çıxış etmiş, İlyas
Əfəndiyevi Azərbaycan dramaturgiyasının və nəsrinin qüdrətli nümayəndəsi kimi
xarakterizə etmiş, onun ədəbiyyatımıza verdiyi töhfələrdən danışmışdir.

Alı
Alıyev bildirmişdir ki, müasir
Azərbaycan ədəbiyyatında xüsusi dəst–xətti olan yazıçının əsərləri bu gün də
sevilə-sevilə oxunur. Qeyd etmişdir ki, milli mənəvi dəyərlərə hörmət İlyas
Əfəndiyev yaradıcılığının əsas qayəsini təşkil edir. İlyas Əfəndiyevin
yaradıcılığı üçün səciyyəvi cəhətlərdən biri onun cazibəli, təbii və canlı bir
dildə yazması olmuşdur.

Sonra
rayon Mədəniyyət və Turizm şöbəsi və Füzuli Dövlət Dram Teatrı tərəfindən hazırlanan görkəmli nasir və dramaturq, Xalq
yazıçısı, “Şöhrət” ordenli İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş “Sən
həmişə mənimləsən” adlı ədəbi-bədii məclis keçirilmişdir.

Füzuli
Dövlət Dram Teatrının kollektivi tərəfindən İlyas Əfəndiyevin Sən həmişə
mənimləsən, Mahnı dağlarda qaldı, Unuda bilmirəm, Bizim qəribə taleyimiz
pyeslərindən səhnələr nümayiş olunmuşdur.

Tədbirdə Baş
Nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev çıxış etmiş, göstərilən diqqətə
görə minnətdarlığını bildirmiş, rayonla bağlı xatirələrindən bəhs
etmişdir.

Tədbirdə rayonun incəsənət ustaları rənga-rəng konsert
proqramı ilə çıxış etmişlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=14656

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728