İŞİD-ə qarşı çıxan 4 azərbaycanlı tutuldu
“İslam Dövləti” (İŞİD) üzvləri terror təşkilatının Suriyanın
ər-Riqqa əyaləti ərazisində fəaliyyət göstərən, böyük ehtimalla,
azərbaycanlı olan dörd üzvünü silahlı üsyana cəhd etmək, qaçmaq,
təşkilat üzvlərini qətlə yetirmək, lider Əbu Bəkr əl-Bağdadinin ünvanına
ittihamlar səsləndirməkdə təqsirləndiriblər.
Bu barədə salamnews İŞİD üzvlərinin Twitter səhifələrinə istinadla
xəbər verir. İŞİD-in yaydığı videoda azərbaycanlılar dindirilir.
Videoyazıda “Əbuzər”, “Əbu Məryəm”, “Əbu Yaqub” ləqəbli şəxslər, eləcə
də “Ömər” ləqəbli Elvirin etirafları eşidilir.
İŞİD videomüraciətin sonunda edamla bağlı Qurandan bir ayəni sitat
gətirir. Bu da adıçəkilən azərbaycanlıların təşkilat tərəfindən edam
ediləcəkləri barədə ehtimalları artırır.
Short URL: http://www.cumhuriyyet.net/?p=14660